Vurulan təyyarənin "qara qutusu" tapıldı

19.07.2014 - 08:33

Rusiya yönümlü silahlı separatçılar Ukraynanın şərq əyalətlərinə
nəzarəti ələ alandan bəri – bu ilin martından həmin regionda dəfələrlə
təyyarələrə atəş açılmışdı. Bəzi hallarda həmin təyyarələr yüngül
xəsarətlərlə yerə enə bilsə də əksər hallarda separatçılar təyyarələri
məhv edə biliblər.
 
Son 5 ayda Ukraynanın şərqində vurulan tıəyyarələrlə bağlı interaktiv xəritə:
 
Separatçı
“Donetsk xalq respublikası” təyyarə qəzasının baş verdiyi əraziyə daxil
olmaq istəyən ATƏT nümayəndələrinin təhlükəsizliyə təminat verdiyini
açıqlayıb.
 
Bundan başqa separatçılar təyyarə
qəzasının araşdırılması üçün Ukrayna hakimiyyəti və beynəlxalq
ekspertlərlə əməkdaşlığa da hazır olduqlarının bildiriblər. Belə bir
razılıq Ukrayna, Rusiya, ATƏT rəsmiləri ilə separatçıların birgə
keçirdiyi videokonfransda əldə olunub.
 
Silahlı
separatçılar hadisə yerindən uzaqlaşacaqlarına və cəsədlərin axtarılması
üçün yerli hakimiyyət nümayəndələrinə imkan verəcəklərinə vəd veriblər.
ATƏT-in twitter səhifəsində hadisə yerində gərəkli ekzpertiza aparılası
üçün təşkilatın nümayəndələrinin əraziyə yollandığı bildirilir.
Araşdırmalar aparmaq üçün təyyarənin sahibi olan “Malaysia Airlines”
şirkətinin nümayəndələri də Ukraynaya yollanıblar.
 
İyunun
17-də göyərtəsində 300-ə yaxın adamın olduğu Malaziyaya məxsus sərnişin
təyyarəsi separatçıların nəzarətində olan Ukrayna ərazisinə düşüb.
Sərnişinlər və ekipaj üzvləri hamısı həlak olub.
 
Malaysia
Airlines şirkəti təyyarəsinin yerə düşdüyü ərazidəki separatçılara
Rusiyalı kazakların atamanı Mixail Kozitsin rəhbərlik edir. Ukrayna
təhlükəsizlik xidməti yaraqlılardan birinin onunla telefon danışığı
olduğu ehtimal edilən səs yazısını dünənki videoya əlavə edib. Söhbətin
MH17-nin yerə düşməsindən sonra baş verdiyi bildirilir
 

Torezlə Snejnoe arasında vurulan təyyarə ilə bağlı. Sərnişin təyyarəsi
imiş. Qrabovo tərəfdə yerə düşüb, ora qadın, uşaq meyidləri ilə doludur.
Kazaklar getdilər baxmağa.. Televizorda göstərirlər belədə An-26-dır –
Ukrayna yük təyyarəsi, amma deyirlər üstündə “Malayziya hava yolları”
yazılıb… Ukraynanın ərazisində onun nə işi?
 
– Deməli şpion daşıyırmış. Canı çıxsın burada uçmasın, müharibə gedir… /”Azadlıq” radiosu/.

Short URL: http://www.cumhuriyyet.net/?p=9779

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31