Cəlilabadda mina həyəcanı!
Cəlilabadda mina həyəcanı yaşanıb. Hadisə şəhərin Hüseyin Cavid küçəsində qeydə alınıb.
Qazılmış kanalizasiya xətləri üçün gətirilmiş torpaq arasında üzə çıxan
dairəvi dəmir parçası uşaqlardan başqa heç kimi maraqlandırmayıb. Küçədə
oynayan uşaqlar üzə çıxan əşyanı traktorun ehtiyat hissəsi olduğunu
zənn edərək, onu evlərinin lap yaxınlığına aprıblar. Lakin həmin küçənin
sakini Rafət Məmmədov əşyanı diqqətlə nəzərdən keçirdikdən sonra onun
heç də adi dəmir parçası deyil, tank əlieyhinə partlamamış mina olduğu
qənaətinə gəlib.
Hadisə yerinə çağırılan rayon polis şöbəsinin və Fövqəladə Hallar
Nazirliyinin əməkdaşları dərhal ərazini nəzarətə götürməklə sakinləri
uzaqlaşdırıblar. Daha sonra hadisə yerinə gəlmiş Daxili Qoşunların
minaların zərərsizləşdirlməsi üzrə mütəxəssislərinin köməyi ilə
partlamamış hərbi sursat ərazidən uzaqlaşdırlaraq zərərsizləşdirilib.
Qeyd edək ki, tapılan mina 150 metr radisunda yerləşən yaşayış məntəqələrində güclü dağıntılar törətmək gücünə malik olub.
Short URL: http://www.cumhuriyyet.net/?p=9780