Ukrayna Malayziya təyyarəsini vuranları yaxaladı

19.07.2014 - 09:49

Ukrayna Təhlükəsizlik Xidməti Malayziya təyyarəsinin raketlə vurulmasında əli olan iki Rusiya vətəndaşını yaxalayıb.
Axar.az-ın Ukrayna mətbuatına istinadən xəbərinə görə, bu barədə keçirdiyi brifinqdə xidmət rəhbəri Valentin Nalevayçenko məlumat verib. Onun sözlərinə görə, separatçılarda “Buk”larla hədəfin vurulmasında və atəşin korrektə edilməsində böyük problem olub. Onlar bu texnikadan istifadədə ciddi çətinliklər yaşayıblar. Nalevayçenko deyib ki, saxladıqları şəxslərin bu raketlər üzrə mütəxəssis olmaları şübhəsizdir:
“Saxladığımız şəxslər təyyarənin vurulmasına instruktorluq ediblər. Maraqlıdır ki, həmin şəxslərin üzərində Rusiya pasportları tapılıb. Onların birinin üzərində hərbi bilet olub. Gizlətməyi belə düşünməyib”.
Nalevayçenko “Buk”ların və digər raket komplekslərinin terrorçuların əlinə necə düşməsi məqamına da aydınlıq gətirib. Onun sözlərinə görə, əks-kəşfiyyat mənbələrindən Ukrayna ərazisinə bu cür silahların keçirilməsi xəbərlərini hələ iyulun 14-də əldə etsələr də, 17-də artıq təhvil əməliyyatı yerinə yetirilib, Rusiya-Ukrayna sərhəddindən silah keçirilib.
 

Short URL: http://www.cumhuriyyet.net/?p=9784

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31