Kəmaləddin Heydərovu peykə buraxmadılar

19.07.2014 - 11:10

“Fövqəlnazir”in telekanal layihəsinə imkan verilmədi

Fövqəladə hallar naziri Kəmaləddin Heydərova telekanal açmağa imkan
verilməyib. Bu barədə redaksiyamıza daxil olan məlumatda iddia edilir
ki, “fövqəlnazir” media sahəsində qüdrətini artırmaq üçün telekanal
açmıq istəyib. Bununla bağlı bütün məsələlər qısa müddətdə həll olunub.
Telekanal
üçün ən müasir avadanlıqlar alınıb. Telekanalın peyk vasitəsilə
yayımlanması nəzərdə tutulub. Milli Televiziya və Radio Şurasından
lisenziya almaq üçün bütün sənədlər toplanıb. Lakin “fövqəlnazir”in
telekanalına lisenziya verilməyib.
Məlumatlarda bildirilir ki,
Kəmaləddin Heydərovun telekanal layihəsinə əngəl törədilməsi səbəbsiz
deyil. “Kəmaləddin Heydərov hakimiyyət komandasında ən güclü fiqurlardan
biridir və kifayət qədər iddialıdır. Uzun müddətdir onun baş nazir
postu uğrunda mübarizə aparması, lakin məqsədinə çata bilməməsi də
iddialı olması ilə bağlıdır. Hakimiyyətdə düşünürlər ki, Kəmaləddin
Heydərovun televiziya açması da siyasi iddiaları ilə bağlıdır və buna
mane olmamaq gələcəkdə iqtidar üçün ciddi təhlükələrə səbəb ola bilər”, –
deyə məlumatlı mənbə bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=9789

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31