Altı rayonumuz atəşə tutuldu

19.07.2014 - 11:26

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 34 dəfə pozulub.
Cumhuriyyet.az Müdafiə Nazirliynin rəsmi saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Tərtər rayonunun Çiləbürt, Qızıl Oba, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

Short URL: http://www.cumhuriyyet.net/?p=9791

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31