Qəbələdə meşələr məhv edilir
Qəbələ rayonunun Solğuca kənd sakinləri redaksiyamıza müraciət edib. Onlar bildirir ki, kəndin yaxınlığındakı meşə məhv edilir.
“Bir müddətdir ki, meşədəki ağacları kütləvi şəkildə kəsirlər.
Kimlərdir, nə üçün təbiətə düşmən kəsiliblər bəlli deyil. Bəlli olan
odur ki, meşəni məhv etməklə məşğuldurlar. Və maraqlıdır ki, rayon
rəhbərliyi, hüquq-mühafizə orqanları baş verənlərə göz yumur. Ona görə
də qərara aldıq ki, məsələni ictimailəşdirək”, – deyə sakinlər
bildirib.
Sakinlər qəzetimiz vasitəsilə ölkə başçısı Ilham Əliyevdən məsələni diqqətdə saxlamağı xahiş edir.
Short URL: http://www.cumhuriyyet.net/?p=9792