İmişlidə yerli fəala hücum olub
Vətəndaş cəmiyyəti fəalı, “Kür” qərargahının üzvü Məhbub Zülfüqarlı iyulun 19-da İmişli rayon mərkəzində hücuma məruz qalıb.
İmişli rayon polis şöbəsinə təqdim etdiyi bəyanatda Zülfüqarlı bildirib
ki, səhər saat 10 radələrində yerli sakin Əlimuxtar Həsənov heç bir
səbəb olmadan onu senzuradankənar sözlərlə təhqir etməyə başlayıb və
vurmağa başlayıb. Həsənov Zülfüqarlıdan yerli məmurlardan yuxarı
səviyyədəki orqanlara şikayət etməyə son qoymağı tələb edib. Yalnız
şahidlərin müdaxiləsindən sonra hücumçu geri çəkilib. Hadisə yerli
poçtamtın izləmə kameraları tərəfindən qeydə alınıb.
Zülfüqarlı rayon polis rəisinin müavini İntizar Mirzəyevə gələcəkdə
belə bir təxribatın qarşısının alınması üçün tədbirlər görmək xahişi ilə
müraciət edib.
Bu, digər vətəndaşlarla birlikdə 2010-cu il Kür daşqınından əziyyət
çəkmiş insanların hüquqları uğrunda mübarizə aparan fəalın başına gələn
ilk hadisə deyil. Zülfüqarlı həmçinin dəfələrlə mərkəzi dövlət
orqanlarına yerli məmurların özbaşınalığından və korrupsiyasından
şikayət edib.
Hökumətin daşqının nəticələrinin aradan qaldırılması üçün ayırdığı 460
mln. manatdan çox vəsaitin böyük hissəsi məmurlar tərəfindən
mənimsənilib. “Kür” vətəndaş cəmiyyəti qərargahı birdəfəlik
kompensasiyaların verilməsi, evlərin, infrastrukturun tikintisi zamanı
vəsait oğurlanmasını qeydə alıb. Bir çox məsələlər hələ də həllini
tapmayıb.
130 ailə Fövqəladə Hallar Nazirliyinə, Meliorasiya və Su Təsərrüfatı
ASC-yə, habelə yerli icra hakimiyyəti orqanlarına qarşı iddia ilə
məhkəmələrə müraciət edib.
burada 100 min ha-dan çox torpaq sahəsi, 20 mindən çox ev su altında
qalıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=9806