Siyasi məhbusdan ŞOK İDDİA!
Azərbaycan-Ermənistan münaqişəsinə
damğasını vuracaq bir açıqlama verilib. İrəvanın “Azadlıq” meydanın
təkbaşına skaiya keçirərə, Ermənistanda inqilab başlatdığını söyləyən və
buna görə də həbs oluan Tseqarkon Partiyasının rəhbəri Şant Arutyunyan
məhkəmə zamanı Dağlıq Qarabağ münaqişəsi barədə fikirlər səsələndirib.
O, Rusiyanın Qarabağı Azərbaycana satdığını və buna günahkar kimi də
Sarkisyan hökumətini göstərib.
FaktXəbər-in erməni mediasına istinadən
verdiyi məlumata görə, məhkəmə zalında üzünü jurnalistlərə tutan
Arutyunyan Rusiyanın Qarabağın Azərbaycana verilməsinə dair gizli saziş
imzaladığını deyib: “Qarabağın Azərbaycana verilməsi bizim
müqavimətimizə səbəb olmaması üçün Rusiya Ermənistanı beynəlxalq siyasi
dəstəkdən məhrum edib.”
O, fikirlərinə əsas kimi də Ermənistana
ötən il sentyabrın 3-də Avropa Birliyi ilə assosiasiya sazişini
bağlamağı qadağan edilməsini göstərib.
Short URL: http://www.cumhuriyyet.net/?p=9808