Deputat Məmmədyarova hücum etdi
Qüdrət Həsənquliyev: “Bu adamın sifətinin ifadəsindən tutmuş açıqlamalarınadək heç nə yerində deyil”
“Doğrudan da Azərbaycanın hücum diplomatiyasına çox böyük ehtiyac
var. Ona görə ki, torpaqlarımız işğal altındadır, 20 ildən artıqdır 1
milyon insan didərgin vəziyyətindədir və üfüqdə də problemin həlli
görünmür. Belə olduğu təqdirdə Azərbaycan özünün iqtisadi və hərbi
potensialını artırmaqla yanaşı diplomatik cəbhədə də fəaliyyətimizi
xeyli dərəcədə gücləndirməliyik. Mən prezident seçkilərində də
söyləmişdim, təəssüf ki, xarici işlər naziri bu hökumətiun tərkibində ən
bacarıqsız nazirlərdən biridir”.
Bunu moderator. az-a açıqlamasında BAXCP sədri, deputat Qüdrət Həsənquliyev deyib.
Həsənquliyev
nazir Elmar Məmmədyarovun ünvanına kəsin ifadələr işlədib: “Onun
davranışından tutmuş verdiyi açıqlamalara və səfirlikləri idarəetmə
qabiliyyətinə qədər heç nə yerində deyil. Hər halda onun davranışları
kənardan müşahidə edən heç kimə xoş görünmür. Yəni bu adamın sifətinin
ifadəsindən tutmuş açıqlamalarınadək heç nə yerində deyil. Bu, ölkənin
xarici siyasət idarəsinin başında duran şəxslə bağlı mənim mövqeyimdir
və şəxsi mənada da onunla heç bir problemim yoxdur”.
Həsənquliyev bildirib ki, Azərbaycanın səfirləri arasında da yerində
olmayan adamlar var: “Həm ATƏT Parlament Assambleyasında, həm AvroNest
çərçivəsində xaricə çoxsaylı səfərlərim olur, mən bunu görürəm və bəzi
səfirlər sanki səfirliklərin binalarını öz bizneslərini qurmaq
istiqamətində kommersiya məqsədləri üçün istifadə edirlər. Hətta onların
bir çoxu Azərbaycan haqqında kiçik bir həqiqəti fəaliyyət göstərdikləri
ölkənin heç aparıcı mediasında demirəm, orta səviyyəli mətbu orqanında
dərc etdirmək imkanlarına malik deyillər. Amma biz burda Amerika və
digər xarici ölkə səfirlərinin fəaliyyətlərini izləyirik və görürük ki,
onlar mütəmadi olaraq mətbuatla, aparıcı jurnalistlərlə, vətəndaş
cəmiyyəti təmsilçiləriylə, siyasi partiya rəhbərləriylə görüşə can
atırlar”.
Q.Həsənquluyevin fikrincə, bəzi səfirlər Bakıdan xüsusi
tapşırıq olmayanda yalnız ildə bir dəfə Respublika Gününü qeyd etməklə
işlərini bitmiş bilirlər: “Nəinki fəaliyyət göstərdikləri ölkə ilə, heç
öz diasporlarımızla normal əlaqə qura bilmirlər. Baxın, əksər diaspor
təşkilatlarıyla səfirliklərimizin münasibətləri münaqişə həddindədir.
Ona görə də düşünürəm ki, bu sahədə doğrudan da ciddi işlər görmək,
təmizləmə aparmaq lazımdır. Düşünürəm ki, diplomatiyamıza cavabdeh olan
adamların seçilməsi istiqamətində ciddi islahatlar aparmağa ehtiyac var.
Buna ilk növbədə kadr islahatlarından başlanılmalıdır və bu iş yenidən
qurulmalıdır”.
Həsənquliyev nazir Məmmədyarovun Avropa Şurası
Nazirlər Komitəsində sədrliyi dönəmi ilə bağlı mesajlarını da zəif hesab
edir: “Ondan Azərbaycanın problemləri və beynəlxalq birlikdən
umacaqlar, istək və tələbləri barədə ciddi bir fikir eşitmədik. Çox
təəssüf ki, ondan gözlədiklərimizin əksinə olaraq, o, bizi ölkənin baş
diplomatı kimi layiqincə təmsil edə bilmədi”.
Short URL: http://www.cumhuriyyet.net/?p=9809