"Turan ordusu" yenidən qurulur

19.07.2014 - 20:48

Turan ordusu” kimi tanınan Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatı (TAKM) yenidən təsis olunacaq.

“Turan ordusu” kimi tanınan Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatı (TAKM) yenidən təsis olunacaq.

Monqolustan təşkilatdan çıxıb, Qazaxıstan isə quruma üzv olmaq üçün müraciət edib

Bu barədə APA Türkiyə Jandarma Baş Komandanlığına istinadən məlumat verib.

TAKM-ın yenidən formalaşdırılmasının səbəbi bu ilin mart ayında
Monqolustan tərəfinin təsis müqaviləsini imzalamamasıdır. Monqolustanın
imtinası ilə əlaqədar təşkilatın yenidən təsis olunması qərara alınıb.

Təşkilatda Monqolustanı Qazaxıstan əvəz edəcək: “İlk vaxtlarda
təşkilatın təsisi ilə bağlı fəaliyyətlərdə yer alan, ancaq öz daxili
təşkilati-strukturunda dəyişikliklərlə əlaqədar Təsis Müqaviləsini
imzalamayan Qazaxıstan Daxili Qoşunlarının müraciəti ilə TAKM-ın
Türkiyə, Azərbaycan, Qırğızıstan və Qazaxıstan arasında yenidən
formalaşdırılması planlaşdırılır. Bu çərçivədə fəaliyyətlər davam edir”.

APA-nın əldə etdiyi məlumata görə, yenidən təsislə əlaqədar Avrasiya
Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatının qısaldılmış adı olan TAKM-da
dəyişikliyin edilməsi gözlənilir.

Qeyd edək ki, TAKM 2013-cü il yanvar ayının 25-də Bakıda Avrasiya
bölgəsində yerləşən və təşkilatda təmsil olunan ölkələrin hərbi statuslu
hüquq-mühafizə təşkilatları arasında əməkdaşlığı gücləndirmək məqsədilə
təsis olunub. Təşkilatın qısa adı olan TAKM onun təsisçiləri – Türkiyə,
Azərbaycan, Qırğızıstan və Monqolustanın adının ingiliscə yazılışda baş
hərflərindən formalaşıb. Təşkilatın emblemində at (türkdilli xalqların
mifologiyasından və mədəniyyətindən götürülüb) və 4 ulduz təsviri var.

Xatırladaq ki, TAKM-ın Bakıda təsis toplantısı xarici mediada “Turan ordusu qurulur” sərlövhəsi ilə yayımlanıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=9811

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31