İŞİD bir qadını daş-qalaq edərək öldürdü
İraq Şam İslam Dövləti (IŞİD) terrorçu qruplaşma tərəfindən 30 yaşlı qadın küçənin ortasında qətlə yetirilib.

İraq Şam İslam Dövləti (IŞİD) terrorçu qruplaşma tərəfindən 30 yaşlı qadın küçənin ortasında qətlə yetirilib.
Cumhuriyyet.az saytı anspress-ə istinadən xəbər verir ki, hadisə Suriyanın Rakka vilayətində baş verib.
İŞİD üzvləri Suriyada fahişəliklə məşğul olduğu iddia edilən qadını
Tabaka qəsəbəsindəki mərkəzi meydanda daşlayıb. Qadın İŞİD tərəfindən
təşkil olunan məhkəmədə ölüm cəzasına məhkum edilibmiş.
Haqqında ölüm cəzası çıxarılan qadın meydana aparılıb. İnsanların
gözü qabağında qadını daşlayıblar. Bu hadisəninin görüntüləri sosial
şəbəkələrdə paylaşılıb.
“Twitter”də yayımlanan fotoya izah verilərkən bildirilib ki, fahişə qadının qətlini çoxlu sayda insan izləyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=9812