Təyyarə biletlərini geri qaytarıb ölümdən döndü!
veloyürüşçüsü Martin de Yonq iki dəfə bu aviaşirkətin laynerlərində
ölməkdən canını qurtarıb.
İtaliyada çıxan “Marca” idman qəzetinin yazdığına
görə, veloyürüşçü ötən ilin martında yoxa çıxan MH370 reysi ilə
Malayziyadan uçmalı idi. Bundan əlavə, o, MH12 reysi ilə Amsterdamdan
Malayziyaya qayıtmaq istəyirmiş, lakin son anda başqa reysə daha ucuz
bilet tapa bilib.
Cumhuriyyet.az “AzərTAc”a istinadən xəbər verir
ki, de Yonq velosiped mövsümünün yenicə başlandığı yaz aylarında
Asiyada, o cümlədən Tayvan, Filippin və Tailandda bir neçə yürüşdə
iştirak edib. Sonra milli çempionatda iştirak etmək üçün Hollandiyaya
qayıdıb, lakin ən güclü ilk 30 idmançının sırasına düşməyib. Veloyürüşçü
MH17 reysi ilə geri dönməyi düşünürmüş. Məlum olduğu kimi, içərisində
298 sərnişin olan həmin təyyarə Ukraynanın Donetsk vilayətində yerə
çırpılıb, təyyarədəkilərin hamısı həlak olub.
Hollandiyalı MH370
reysi ilə də uçmayıb, halbuki əvvəlcə yarışlarda iştirak etmək üçün
Tayvana bu təyyarə ilə uçmağı planlaşdırırmış. Qeyd edək ki,
Kuala-Lumpurdan Pekinə istiqamət götürən təyyarə yerdəki xidmətlərlə
əlaqəsini itirib. Təyyarənin Hind okeanına düşdüyü ehtimal olunur.
Short URL: http://www.cumhuriyyet.net/?p=9815