İŞİD-ə qarşı birləşmək düzgün deyil

19.07.2014 - 23:56

“Kiminsə haqqında danışanda gərək insanın əlində dəlil olsun. Hər kəs bilir ki, mən təfkirçiliyə qarşıyam. Nəinki mən, bütün əhli-sünnə camaatı təfkirçiliyə qarşıdır və həmişə də qarşı olub”.
Bu sözləri axar.az-a açıqlamasında fəaliyyətini dayandırmış Əbu Bəkr məscidinin imam camaatı və sələfilərin şeyxi kimi tanınan Qamət Süleymanov Mənəvi Dünya İctimai Birliyinin sədri və Məşədi Dadaş məscidinin axundu Hacı Şahinin onun barəsində səsləndirdiyi ittihamlara cavab verərkən dedi. O bildirdi ki, Hacı Şahinin səsləndirdiyi ittihamlar əsassızdır və onlar təfkirçilikdən uzaqdırlar.
“Fikir versəniz, görərsiniz ki, sələfilərin arasında təfkirçi olanları çox azdır. Ümumiyyətlə, islamda olan firqələrin içərisində biz seçilirik, təfkirdən ən uzaq olanıyıq. Təqiyyə məsələsinə gəlincə isə onu deyim ki, bizim məzhəbdə təqiyyə yoxdur. Biz təqiyyəyə qarşıyıq və dinə açıq dəvət tərəfdarıyıq. Biz harda bir söz deyiriksə, o sözümüzün üstündəyik”.
Adlarının təfkirçi olaraq hallanmasına etiraz edən Qamət Süleymanov İŞİD-in qabardılmasına tərəfdar olmadığını dedi:
“İŞİD-in fəaliyyətini pisləmişik. Hər zaman terrora qarşı olmuşuq. Biz terrora məruz qalmışıq, onu necə dəstəkləyə bilərik? İŞİD aydın məsələdir. Gəlin, onu qoyaq bir qırağa, qabartmağa ehtiyac yoxdur. Biz terroru dəstəkləmirik, həmişə həm radikallığa, həm də terrora qarşı olmuşuq. Hacı Şahinin iddiaları əsassızdır”.
Sələfilərin lideri İŞİD-in ideyalarına qarşı birləşmək təklifinə mənfi yanaşdığını da dedi:
“Bilirsiniz, bu birləşmək artıq məsələdir. Həm də belə birləşmək istəyirdilərsə, bu, çoxdan olmalı idi. Nə oldu, İŞİD məsələsi gündəmə gələn kimi birləşmək istəyirlər? Lazım deyil birləşmək, lüzum görmürəm. İŞİD-in üzərində dayanmaq lazım deyil. Ümumi şəkildə terroru pisləməliyik. Radikal qrupları sünni məzhəbi ilə bağlamaq düzgün deyil. Şiə məzhəbində də radikallar var. Terror fəaliyyəti ümumən pislənməlidir. Yoxsa, xüsusi olaraq İŞİD-in adını qeyd etmək düzgün deyil”.
Qamət Süleymanov heç bir halda Hacı Şahinlə bir araya gəlməyəcəyini açıq şəkildə bəyan etdi:
“İŞİD-in üzərində birləşməyin düzgün olmadığını bir daha təkrar edirəm.  Ümumiyyətlə də birləşməyə ehtiyac yoxdur, hər kəs öz yerində otursun”.
Xatırladaq ki, Hacı Şahin Həsənli Axar.az-a verdiyi müsahibəsində Qamət Süleymanovun təqiyyə etdiyini (həqiqi dini fikirlərini məqsədli şəkildə gizlətmək) və əslində, təfkirçi olduğunu bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=9822

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31