İran kəşfiyyatının Azərbaycana qarşı olimpiya təxribatı

20.07.2014 - 02:01

İran İslam Respublikasının Azərbaycana qarşı apardığı qeyri
-statndart mübarizəsi davam etməkdədir. Bu mübarizə əsasən mediya
vasitəsilə aparılmaqdadır. 2015-ci ildə Azərbaycanda keçiriləcək yay
olimpiya oyunları ərəfəsində Azərbaycanın beynəlxalq nüfuzuna xələl
gətirmək məqsədilə İran müsətqil mediya agentlikləri respublika əleyhinə
xəbərlər, məqalələr yayımlamaqda davam edir. Bu barədə dia.az-a maraqlı
material göndərilib ki, onu da diqqətinizə təqdim edirik:

“İranın iqtidaryönlü “Asriran” və İnqilab Keşikçiləri Korpusunun
(“Sepah”) keçmiş komandanı, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun
üzvü Möhsün Rzayiyə bağlı olan “Tabnak” saytları yaydıqları kiçik bir
xəbərdə İranın Bakıdakı nümayəndəliyinə məxsus ofislərdən birinə hücum
edildiyi haqda xəbər yayıblar. Bu kimi xəbərlərin informasiya
agentliklərində yayımlanması Azərbaycanın beynəlxalq arenada nüfuzuna
xələl gətirmək və keçiriləcək dünya səviyyəli forumlar, konfransal və
idman müsabiqələrinin təhlükəsizliyini sual altına almaqdır.

Xəbərdə ofisdəki əmlakın dağıdıldığı, bəzi avadanlıqların götürülərək
aparıldığı da iddia edilir. “Asriran” və “Tabnak” saytlarının xəbərində
“İranın Bakıdakı nümayəndəliyi” deyildikdə söhbətin hansı qurumdan,
onun haradakı ofisindən getdiyi açıqlanmayıb, hadisənin başqa
detallarına aydınlıq gətirilməyib. Məsələ ilə bağlı saytı Milli
Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif
Babayev deyib ki, nazirlikdə bununla bağlı heç bir məlumat yoxdur.
Təbrizdə fəaliyyət göstərən nasrnews.ir saytı yazır ki, “İslam
düşmənçiliyi və sionistlərlə əməkdaşlıq Azərbaycan Respublikasının
yürütdüyü siyasətin əsas elementinə çevrilib”.

Guya Bakı “mərkəzi Təbriz olan həqiqi Azərbaycanda geniş aksiyalar
hazırlayır. Qarşıya vəzifə qoyulub ki, orada vərəqələr, kitablar
yayılsın, orada İran Azərbaycanının tarixi təhrif edilsin, İranın
qeyrətli azərbaycanlıları arasında nifaq salınsın”.

FarsNews agentliyinə istinadən bildirir ki, Seyid Əli Xamneinin
“Keyxan” ictimai-siyasi qəzetindəki nümayəndəsi və həmin nəşrin
direktoru Hüseyn Şəriətmədari qeyd edib ki, Azərbaycan referendum
vasitəsilə İrana birləşdirilməlidir: “Azərbaycanın əhalisinin
əksəriyyətini şiə təriqətinə mənsub insanlar təşkil edir. Buna görə də
Azərbaycan İranın tərkibinə daxil olmalı və bunu referendum vasitəsilə
həyata keçirməlidir.

Məlumdur ki, İranın sabiq rəhbərliyi Azərbaycanın müstəqilliyini uzun
tərəddüddən sonar tanımışdır. Bu tərəddüd Azərbaycan adının beynəlxalq
siyasətin subyekti kimi yenidən meydanda olmasını İranın özünə qarşı
təhdid saymasından irəli gəlir. İran informasiya egentliklərində
Azərbaycanca yayımlanan və Azərbaycana qarşı yazılan xəbər və
məqalələrin müəllifləri elə İran xüsusi xidmət orqanları tərəfindən uzun
illər əməkdaşlıqlara cəlb edilən Azərbaycan vətəndaşlarıdır. Etibarlı
mənbədən əldə edilən məlumatda deyilir ki, vaxtı ilə Qum şəhərində guya
təhsil almaq adı ilə gedən azərbaycanlılar əslində Xüsusi xidmət
orqanları ilə əməkdaşlıq edərək Azərbaycanda keçirilən Evrovision mahni
müsabiqəsi, Parlament və Prezident seçkiləri dövründə əhali arasnda
iğtişaş və fikir ayrılığı yaratmaq məqsədi ilə güclü faliyyətlərə cəlb
edilmişlər. Azərbaycan mediasında və hüquq mühafizə orqanlarında adı
daha çox hallanan İlqar Həşimov adlı şəxsin fəaliyəti haqda geniş
məlumat verilmişdir. İran xüsusi xidmət orqanlarının İranda deyil Moskva
şəhərində yerləşdirdiyi bu şəxs İran nəzarəti altında olan bir neçə
xəbər portalının azərbaycanca olan bölməsinə rəhbərlik etməklə mütəmadi
olaraq Azərbaycana əleyhinə xəbərlərin yayılmasında aktiv iştirak edir.
İlqar Həşimovla birgə Rusiyanın müxtəlif şəhərlərinə daha bir çox
azərbaycanlı, Ruslan, Qabil, Səfər adlı İran təhsilli şəxslər eyni
fəaliyyəti həyata keçirirlər. Azərbaycanda Təhsil Naziriliyinin
qarşısında keçirilən qanunsuz aksiyaların təşkilatlanmasında və
təşkilatçıların maliyələşdirilməsində adı çəkilən qrupun geniş maliyə
imkanlarından istifadə edilməsi haqda məlumat verilmişdir.

Yaxşı, bəs İran Azərbaycandan nə istəyir? Bu sualın cavabı Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyüdür”.

Short URL: http://www.cumhuriyyet.net/?p=9827

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31