Masallıda istirahət mərkəzində uşağın boğulma anı
kəndinin yaxınlığında yerləşən “Qamo” istirahət mərkəzində 10 yaşlı
uşağın necə ölməsini əks etdirən video oxucular tərəfindən təqdim
edilib.
istirahət edən ailələrdən biri lentə alıb. Videodan görünür ki, o qədər
də böyük olmayan hovuzda istirahət edənlər düz gözlərinin qarşısında baş
verən boğulmadan xəbərsizdirlər. Uşağın nəzarətsiz olması faciə ilə
nəticələnib.
Qarğalıq kənd sakini olan 10 yaşlı Novruzov Rauf İlkin oğlunun boğulduğu
bilinəndən sonra təcili yardım maşını ilə onu qonşu Miyankü kəndinə
(“Qamo” istirahət mərkəzindən ora 3 km-dir), Masallı reqional təcili
yardım xəstəxanasının Baş həkimi Firudin Qənbərovun evinə aparıblar.
Lakin uşağın öldüyü və ona heç cür yardım etməyin mümkün olmadığını
biləndən sonra meyit Masallı rayon mərkəzi xəstəxanasının baş həkimi
Cəlil Nəzərovun evinə götürülüb. Cəlil Nəzərovun “Qamo” istirahət
mərkəzinin sahibi olduğu bildirilir.
ki, “Qamo” istirahət mərkəzinə şərik axtarılması (satılması) ilə bağlı
bir il əvvəl verilən elanda mərkəzin sahibi kimi Füzuli Nəzərovun adı
keçir. Kubin kəndindən olan və kənddə məscid tikdirən F.Nəzərov Cəlil
Nəzərovun dayısı oğludur. Verilən məlumata görə, C.Nəzərov artıq “Qamo”
istirahət mərkəzinə tam yiyələnib və bunarı oğlunun adına
sənədləşdirib.
verdiyi məlumata görə, C.Nəzərov əlaqələrindən və həkimliyindən
istifadə edərək, 10 yaşlı atasız uşağın ölümünü “Qarpızdan zəhərlənmə”
kimi qeydə aldıra bilib. Bunun nəticəsində isə araşdırmalara fasilə
verilib və hazırda “Qamo” istirahət mərkəzi heç nə olmamış kimi
fəaliyyətini davam etdirir. “Qamo” istirahət mərkəzində çalışan
şəxslərdən biri bildirdi ki, C.Nəzərov azərbaycanlı milyarder, “Palmali”
Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun qohumudur və onun 11
ildir baş həkim kimi fəaliyyətində, həmçinin “Qamo” istirahət mərkəzini
işlədə bilməsində bu fakt öz sözünü deyir, M.Mənsimov qohumunu daim
himayə edir. (axar.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=9830