“Ölkəyə hazırkı turist axını IV İslam Oyunları ilə bağlıdır” – Monitorinq

21.08.2017 - 16:37

“Ortaq Dəyərlər” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə may-iyul aylarında “IV İslam Həmrəyliyi Oyunlarına ictimai dəstək: Azərbaycanda İslam və dini tolerantlıq modelinin təbliği” layihəsi çərçivəsində medianın monitorinqini həyata keçirib.
10 gündəlik qəzet, 5 xəbər portalı, 8 yerli telekanal üzərində həyata keçirilmiş monitorinqdə bəlli olub ki, IV İslam Həmrəylik Oyunları cari ilin əvvəlindən Azərbaycan mediasının aparıcı mövzularından birinə çevrilib.
Belə ki, media günlük fəaliyyətində Oyunların keçirilməsinə hazırlıq prosesi, iştirakçı dövlətlərin komandaları, oyunları keçirildiyi dövr və nəticələri ilə bağlı operativ xəbərlər yayınlamışlar.
Monitorinq edilən media orqanlarında xəbərlərin təhlilinə görə daha çox internet resursları oyunlarla bağlı xəbərlərə yer verib. Bu da internet resurslarının daha çox yayım imkanlarına malik olması ilə bağlıdır.
Monitorinq hesablamalarına görə oyunlarla bağlı günlük xəbər yayımında
Saytlarda 65 %
Qəzetlərdə 38 %
Televiziyalarda 45 %
xəbərlər yer alıb.
Monitorinq nəticəsində bu qənaətə gəlinib ki, IV İslam Həmrəylik Oyunları Azərbaycanın İslam aləmində, həmçinin, dünyada nüfuzunun, etibarının artması baxımından çox böyük tarixi hadisə hesab oluna bilər. Oyunlardan sonra yay mövsümündə müxtəlif müsəlman ölkələrindən Azərbaycana indiyədək görünməmiş turist axınını da bu oyunların yüksək səviyyədə təşkili və Azərbaycanın İslam dəyərlərinə, İslam ölkələrinin əhalisinə verdiyi yüksək qiymətlə əlaqələndirmək olar. Bu işdə isə Azərbaycan mediası üzərinə düşən təbliğat işini layiqincə yerinə yetirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=98306

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31