Dünyanı bu bəladan pişiklər xilas edəcək

20.07.2014 - 12:40

Dünyanı bu bəladan pişiklər xilas edəcək

 

Xərçəng xəstəliyinin müalicəsində pişiklər yardımçı ola bilər

Toksoplazmoz adlı bir xəstəlik onkoloji xəstənin sağalmasına
yardım olur. Mütəxəssislər bu virusun əsasında yaradılmış preparatı
xəstənin hüceyrələrinə yeritməyi düşünürlər. Sonra əldə edilmiş peyvəndi
xərçənglə mübarizə məqsədi ilə vuracaqlar. Hər bir peyvənd şəxslər üçün
individual olaraq hazırlanacaq.
Milli.az
Rusiya mətbuatına istinadən bildirir ki, toksoplazmoz xəstəliyini adətən
aşkar etmək çətin olur. Bir çox simptomlarına görə qripə bənzəyir.
Lakin immun zəifliyi zamanı ölüm kimi ciddi nəticələrə də gətirib çıxara
bilir. Digər tərəfdən isə toksoplazmoz xərçəngin sağaldılması üçün
faydalıdır.
 
Dünya əhalisinin 65%-i toksoplazma daşıyıcısıdır. Bəzi ölkələrdə bu xəstəliyin sayı digərlərindən daha çoxdur.
Bəs pişiklərin nə dəxli? 
Məlum olub ki, toksoplazmoz xəstəliyi bu balaca və sevimli heyvanlar vasitəsi ilə keçir. 
 
Alimlər
aşkar ediblər ki, orqanizmə toksoplazma düşən zaman immun sistemi
hərəkətə keçir və T-killer kimi sitotoksiki hüceyrələr istehsal etməyə
başlayır. Bu hüceyrələr parazitlərə yoluxmuş bölgələri və xərçəng
hüceyrələrini məhv edir. Xərçəng yaranan zaman orqanizmin funksiyaları
nəzərə çarpacaq dərəcədə azalır. Bədəndə toksoplazmoz peyda olan kimi
isə immun sistemi aktivləşməyə başlayır. Mutant parazit ummun sisteminə
impuls verir və hüceyrələri xərçəngə qarşı mübarizə istiqamətində
proqramlaşdırır.

Short URL: http://www.cumhuriyyet.net/?p=9834

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31