"Həmas" liderinin oğlu öldürüldü

20.07.2014 - 12:45

Ötən gecə İsrail ordusu Qəzzanı intensiv artilleriya atəşinə tutub

Qəzzada “Həmas” hərəkatının aparıcı şəxslərindən birinin oğlu öldürülüb.

Ötən gecə İsrail ordusunun artilleriya atəşi nəticəsində “Həmas”ın siyasi bürosunun üzvlərindən biri Xəlil əl-Hayın oğlu ölüb.

Son məlumatlara görə, intensiv artilleriya atəşi nəticəsində 4 nəfər də ölüb. Onlardan 2-nin uşaq olduğu bildirilir.

Qeyd
edək ki, son iki gündə İsrail ordusunun hücumları zamanı 110-dan çox
fələstinli ölüb. Qəzzada hərbi əməliyyatlar12 gündür ki, davam edir. Bu
müddət ərzində 340-dan çox fələstinli ölüb, 2,5 mindən çoxu isə
yaralanıb.

İsrail tərəfdən isə 3 əsgərin öldüyü, 5-nin yaralandığı bildirilir. (anspress.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=9835

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31