Prezident Administrasiyasının avtomobili qayda tanımır
Prezidetn Administrasiyasına məxsus avtomobilin şəhərin
mərkəzində yol hərəkəti qaydalarını kobud şəkildə pozmasının
videogörüntüləri yayılıb. Musavat.com-un məlumatına görə,
sosial şəbəkələrdə yayılan video İstiqlaliyyət prospektinə çəkilib. 10
PA 522 dövlət nömrə nişanlı BMW markalı avtomobil qoşa xəttin tələbini
pozaraq, qarşı hərəkət zolağına çıxır və hərəkətini bu cür davam
etdirmək istəyir.
Qeyd edək ki, yol hərəkətinin pozulduğu yerdə günün əksər vaxtlarında DYP əməkdaşları növbə çəkir.
Short URL: http://www.cumhuriyyet.net/?p=9836