Mübariz Mənsimovun qohumu 10 yaşlı uşağın ölüm səbəbini gizlədib
İyul ayının 11-də saat 18 radələrində Masallı rayonunun Kubin
kəndinin yaxınlığında yerləşən “Qamo” istirahət mərkəzində 10 yaşlı
uşağın necə ölməsini əks etdirən video oxucular tərəfindən axar.az
saytına təqdim edilib.
Video-yazını həmin ərəfədə orda istirahət edən ailələrdən biri lentə
alıb. Videodan görünür ki, o qədər də böyük olmayan hovuzda istirahət
edənlər düz gözlərinin qarşısında baş verən boğulmadan xəbərsizdirlər.
Uşağın nəzarətsiz olması faciə ilə nəticələnib.
Xatırladaq ki, Masallı rayonun Qarğalıq kənd sakini olan 10 yaşlı
Novruzov Rauf İlkin oğlunun boğulduğu bilinəndən sonra təcili yardım
maşını ilə onu qonşu Miyankü kəndinə (“Qamo” istirahət mərkəzindən ora 3
km-dir), Masallı reqional təcili yardım xəstəxanasının Baş həkimi
Firudin Qənbərovun evinə aparıblar. Lakin uşağın öldüyü və ona heç cür
yardım etməyin mümkün olmadığını biləndən sonra meyit Masallı rayon
mərkəzi xəstəxanasının baş həkimi Cəlil Nəzərovun evinə götürülüb. Cəlil
Nəzərovun “Qamo” istirahət mərkəzinin sahibi olduğu bildirilir.
Qeyd edək ki, “Qamo” istirahət mərkəzinə şərik axtarılması
(satılması) ilə bağlı bir il əvvəl verilən elanda mərkəzin sahibi kimi
Füzuli Nəzərovun adı keçir. Kubin kəndindən olan və kənddə məscid
tikdirən F.Nəzərov Cəlil Nəzərovun dayısı oğludur. Verilən məlumata
görə, C.Nəzərov artıq “Qamo” istirahət mərkəzinə tam yiyələnib və bunarı
oğlunun adına sənədləşdirib.
Sakinlərin verdiyi məlumata görə, C.Nəzərov əlaqələrindən və
həkimliyindən istifadə edərək, 10 yaşlı atasız uşağın ölümünü “Qarpızdan
zəhərlənmə” kimi qeydə aldıra bilib. Bunun nəticəsində isə
araşdırmalara fasilə verilib və hazırda “Qamo” istirahət mərkəzi heç nə
olmamış kimi fəaliyyətini davam etdirir. “Qamo” istirahət mərkəzində
çalışan şəxslərdən biri bildirdi ki, C.Nəzərov azərbaycanlı milyarder,
“Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun qohumudur və
onun 11 ildir baş həkim kimi fəaliyyətində, həmçinin “Qamo” istirahət
mərkəzini işlədə bilməsində bu fakt öz sözünü deyir, M.Mənsimov qohumunu
daim himayə edir.
Short URL: http://www.cumhuriyyet.net/?p=9837