Kərkük Azərbaycan neftindən istifadə edir

20.07.2014 - 15:36

İraqın zəngin neft ehtiyatlarına sahib Kərkük şəhərində hökumətə aid neft ehtiyatlarının tükəndiyi bildirilib.  Axar.az xəbr verir ki, artıq Kərkük neft məhsulları anbarında yanacaq stansiyaları bağlanılıb. Qeyd edək ki, İŞİD terrorçularının Tikritdə nəzarəti ələ alması Kərkükə nefti daşınmasının qarşısını alıb. Gündəlik 1 milyon 300 min litr neft idxal edən Kərkük İŞİD hücumlarından sonra öz ehtiyat anbarlarından istifadə etməyə başlamışdı. Ancaq mövcud ehtiyatlar da tükəndikdən sonra bütün zavodlar bağlanıb.
Neft daşınması dayandıqdan sonra Kərkükdə neftin 1 litri 500 dinara (təxminən 2 manat) satılırdı. Kərkük əyalət məclisinin sədri Həsən Turan verdiyi açıqlamada artıq neft ehtiyatının tükəndiyini, yalnız Türkiyə, İran, Azərbaycan və Rusiyadan Kərkükə gətirilən 2-ci növ benzindən istifadə etdiklərini bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=9840

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31