Üçüncü əhya gecəsiylə əlaqədar tövsiyələr
Bu gecə (iyulun 20-dən, 21-nə keçən gecə) üçüncü ehtimal olunan Əhya gecəsidir

QUR’ANİ-KƏRİMİN NE’MƏTLƏRİNDƏN.
Rəhman və Rəhim Allahın adı ilə
1. Şübhəsiz biz onu Qədr gecəsi nazil etdik.
2. Və Qədr gecəsinin nə olduğunu sən nə bilirsən?
3. Qədr gecəsi min aydan yaxşıdır.
4. O gecədə mələklər və ruh Allahın iznilə işləri yerinə yetirməyə nazil olarlar.
5. O gecə, fəcrin açılmasına qədər salamatlıqdır.
“Qədr” surəsi (97-ci surə)
Qədr gecəsi ilə əlaqədar əhya (oyaq qalma) gecələrinin keçirilməsi haqqında.
I əhya gecəsi – Ramazan ayının 18-dən 19-na keçən gecədir;
II əhya gecəsi – Ramazan ayının 20-dən 21-nə keçən gecədir;
III əhya gecəsi – Ramazan ayının 22-dən 23-nə keçən gecədir.
Qeyd:
Ümumiyyətlə, imkan daxilində, mübarək Ramazan ayının bütün gecələrində
əhya saxlamaq tövsiyə edilir. Lakin bu mümkün olmasa, Ramazan ayının
18-dən 19-na keçən gecədən başlayaraq, ayın sonuna kimi əhya saxlamaq
məsləhətdir. Bu da çətinlik törətsə, onda qeyd olunmuş 3 gecəni əhya
saxlamaq yaxşı olar.
Mübarək Ramazan ayının mühüm proqramlarından biri olan Qədr gecəsi haqqında.
Qədr
gecəsi – elə bir gecədir ki, 1000 aydan üstündür. Bir gecədir ki, onun
1000 ay cihaddan, 1000 ay ibadətdən, 1000 ay səltənət etməkdən üstün
olduğu buyrulub. Bu elə bir şərafətli gecədir ki, insanların ruzisi,
onların əcəlləri və digər işləri bu gecədə tə’yin edilir. Bu bir gecədir
ki, onda Qur’an nazil olunub. Bu əzəmətli gecənin mübarəkliyi
Qur’ani-şərifin özündə bildirilir.
Əhli-beytə (ə) istinadən nisbət
verilən hədislərdə bildirilir ki, “..Mələklər Qədr gecəsi Yerə enirlər
və Yer üzünə yayılırlar; mö’minlərin məclislərinə baş çəkirlər, onları
salamlayırlar və onların duaları üçün “Amin!” deyirlər. Və bu vəziyyət
dan yeri sökülənədək davam edir”. Və yenə bildirilir ki, “..Bu gecə
ağvalideynlərdən, sileyi-rəhmi (qohumlarla əlaqəni) kəsənlərdən, içki
içənlərdən və qəlbində bir mö’minə qarşı düşmənçilik hissi olan
şəxslərdən başqa, heç kimin duası Allah dərgahından geri qaytarılmaz”.
Qədr gecəsi ilə əlaqədar tövsiyələr:
1. Gecəyə qədər, Allahdan bu gecənin bərəkətindən istifadə etmək ləyaqətini əldə etmək üçün dua etmək;
2. Qədr gecəsinin keçirilmə keyfiyyətini əvvəlcədən proqramlaşdırmaq;
3. Qədr gecəsində əhya saxlayacağını (oyaq qalacağını) nəzərə alaraq, gecəyədək dincəlməyi unutmamaq;
4.
Qədr gecəsi başlananadək, Allah dərgahında səmimi surətdə tövbə edib,
qəlbində bütün mö’minlərin öz üzərində haqqını halal etmək;
5.
Əhya niyyətilə qüsl almaq; 2 rükət əhya namazı qılmaq; təvəssül əməlini
və Qədr gecəsinə aid müfəssəl kitablarda göstərilmiş digər əməlləri
yerinə yetirmək;
çox-çox bağışlanmaq istəmək; Qur’an oxumaq; qəza namazları varsa,
onların qılınmasına vaxt ayırmaq; İslam maarifi ilə məşğul olmaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=9845