Ukraynada vurulan "Boeing"in bir hissəsi yoxa çıxıb

20.07.2014 - 20:11

ATƏT-in hazırda Ukraynada olan nümayəndələri Malayziyanın
Donetsk səmasında rusiyapərəst separatçılar tərəfindən raketlə vurulan
“Boeing-777” sərnişin təyyarəsinin bir hissəsinin yoxa çıxması faktını
qeydə alıblar.

Virtualaz.org saytı Ukrayna nəşrlərinə istinadən
xəbər verir ki, ATƏT-in nümayəndələri faciənin baş verdiyi ərazidə içi
meyitlə dolu üç furqon görüblər. Amma onların içində neçə cəsədin olduğu
bilinmir.

ATƏT-in Ukraynadakı missiyasının mətbuat katibi Maykl Botsyurko
keçirdiyi birifinqdə bildirib ki, “Boeing-777″nin bir hissəsi təyyarənin
düşdüyü yerdə aşkar olunmayıb: “Biz təyyarənin parçalarının fəlakət
zonasında olmadığını gördük. ATƏT bu faktı sənədləşdirəcək. Biz həmçinin
meyitlərin sayını bilmirik. Ətraf ərazidə hələ də meyitlər var,
xilasedicilər hələ də cəsəd toplamaqla məşğuldur”.

Short URL: http://www.cumhuriyyet.net/?p=9846

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31