Azərbaycanla İtaliya arasında diplomatik qalmaqal

20.07.2014 - 20:16

İtaliyanın ölkəmizdəki səfirliyi iki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq Bəyannaməsi ilə bağlı bəyanat yayıb

İtaliyanın ölkəmizdəki səfirliyi iki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq Bəyannaməsi ilə bağlı bəyanat yayıb

İtaliyanın Bakıdakı səfirliyi Azərbaycanın dövlət başçısı İlham
Əliyevin Romaya səfəri çərçivəsində imzalanmış İtaliya-Azərbaycan
Strateji Tərəfdaşlıq Bəyannaməsi ilə bağlı bəyanat yayıb. “İtaliya onun
faktiki məzmununu dəqiqləşdirilməsini, bəzi məsələlər üzrə İtaliya
hökumətinin mövqeyi ilə uzlaşmayan şərhlərin çıxarılmasını zəruri
sayır. Bəyannamə iki ölkə arasında zəngin və çoxtərəfli münasibətlərin
nəzərə alınması ilə, ikitərəfli tərəfdaşlığın mühüm perspektivlərinə
yönəlib, amma bu münasibətlər İtaliyanın istənilən başqa tərəfdaşına
ziyan vurmağa yönəlməyib. “Bu, (Bəyannamə) həmçinin Dağlıq Qarabağ
münaqişəsinin nizamlanması üzrə ATƏT Minsk Qrupunun həmsədrlərinin
himayəsi altında davam edən danışıqlar prosesinə müdaxilə demək deyil.
İtaliya ATƏT Minsk qrupunun fəaliyyətini qəbul edir və dəstəkləyir.

İtaliya Aİ-nin bu məsələ üzrə ümumi mövqeyini dəstəkləyir, buna görə
sülh prosesi çərçivəsində təklif edilmiş prinsiplərə və həmsədrlər kimi
Fransa, RF və ABŞ-ın fəaliyyətinə hörmətini təsdiq edir”, deyə bəyanatda
bildirilir. Səfirlik bu bəyanatın səbəbini açıqlamır. Lakin
Azərbaycanın hökumətyönlü KİV-ləri səfər ərəfəsində İtaliyanın
Azərbaycanın ədalətli mövqeyini fəal şəkildə dəstəklədiyi haqqında çox
yazırdılar.

Bu yazılardan bir neçəsi rəsmi mətbuatda yer alıb. Onlar “Azərbaycan
İtaliya münasibətləri uğurla inkişaf edir”, “İtaliya Qarabağ
probleminirn həllində Azərbaycanı dəstəkləyir” başlıqları altında yer
alıb. Bu yazılarda hakimiyyət ənənəsinə sadiq qalaraq iqtidarın
beynəlxalq nüfuzu ilə bağlı təbliğatında ifrata vararaq iki dövlət
arasındakı münasibətləri normadan artıq “isti” adlandırıb. Görünür, məhz
əndazəni aşan bu cür məqalələr İtaliya tərəfindən aydınlığın
gətirilməsini vacib edib.

Fuad Qəhrəmanlı: “İtaliya ilə Azərbaycan arasında imzalanan
sənədə rəsmi təbliğatda fərqli məna verilməsi İtaliya səfirliyini bu cür
bəyanatla çıxış etməyə vadar edib”

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının fikrincə,
İtaliya səfirliyinin bu bəyanatı diplomatik praktikada az rast gəlinən
haldır. F.Qəhrəmanılının sözlərinə görə, imzalanmış müqavilənin mətni
ilə onun təqdimatında, müqaviləyə münasibətdə fərqli yanaşmaların ortaya
çıxdığı zaman bu cür təkziblərə ehtiyac duyulur. Nəticədə tərəflərdən
biri bu cür bəyanatlarla məsələyə aydınlıq gətirilməsinə çalışılır. Bu
baxımdan səfirliyin bəyanatında da göstərilir ki, Azərbaycanla İtaliya
arasında imzalanmış strateji əməkdaşlıq sazişində rəsmi Romanın
maraqlarına uyğun gəlməyən şərhlər var: “Görünür İtaliya səfərindən
sonra Azərbaycan hakimiyyəti tərəfindən sözügedən sənəd ətrafında artıq
ajiotaj yaradıldığından və rəsmi təbliğatda sənədə onun mahiyyətinə
uyğun olmayan məna verilməsi səfirliyi bu cür bəyanatla çıxış etməyə
vadar edib. Azərbaycanın imzalanan sənədi həm də İtaliyanın Qarabağ
məsələsində Azərbaycanın mövqeyini dəstəkləməsi kimi dəyərləndirməsi
İtaliya hökumətinin etirazına səbəb olub. İtaliya hökuməti Azərbaycana
belə bir dəstək verməyərək, Ermənistanla münasibətləri nəzərə alırsa
deməli İtaliya hökuməti rəsimi olaraq Azərbaycanın tərəfdarı kimi
görünmək istəmir. Ona görə səfirliyin bəyanatında açıq mətnlə ifadə
olunur ki, Roma Qarabağ probölemi ilə bağlı Avropa Birliyi və ATƏT-in
yanaşmasını dəstəkləyir. Burada fərqli mövqedən söhbət gedə bilməz”.

F.Qəhrəmanlının fikrincə, əslində bu İtaliyanın Qarabağ məsələsindəki
rəsmi təbliğatına aydınlıq gətirmiş olur. “Hakimiyyətin apardığı ifrat
təbliğat belə bir addımın atılması zərurətini yaradıb”, deyə
F.Qəhrəmanlı vurğuladı.

Short URL: http://www.cumhuriyyet.net/?p=9847

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31