Tağı Əhmədovun dayısı oğlu "vuruldu"
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov
növbəti dəyişiklik barədə müvafiq əmr imzalayıb.

növbəti dəyişiklik barədə müvafiq əmr imzalayıb.
məlumatına görə, Bakı metropoliteninin rəis müavini Rizvan Fərmayıl oğlu
Bayramov tutduğu vəzifədən azad edilərək, aşağı posta – xidmət rəisi
vəzifəsinə təyin edilib.
Məlumatı “Bakı Metropoliteni” QSC-dən təsdiqləyiblər. Bildirilib ki,
Rizvan Bayramov bundan sonra Bakı metropolitenində tunel qurğuları
xidmətinin rəsi vəzifəsini icra edəcək. İndiyədək bu xidmətin rəisi
postunu tutan Natiq Mustafayev isə rəis müavini vəzifəsinə
endirilib. Qeyd edək ki, eks-rəis Tağı Əhmədovun dövründə inşaat işləri
üzrə rəis müavini vəzivəsinə yüksələn Rizvan Bayramov Bakı
metropolitenində əmək fəaliyyatinə 1998-ci ildə başlayıb. 2004-2012-ci
illərdə Bakı metropoliteninin tunel qurguları xidmətinin rəisi
vəzifəsində çalışıb. 2013-cü il yanvarın 1-dən Bakı Metropoliteni
rəisinin müavini vəzifəsinə təyin edilmişdi.
Cumhuriyyet.az olaraq, onu qeyd edək ki, Rizvan Fərmayıl oğlu Bayramov Metropolitenin keçmiş rəisi Tağı Əhmədovun dayısı oğludur.
Short URL: http://www.cumhuriyyet.net/?p=9848