Bakıda vəzifəli şəxsin qızını zorladılar
15 yaşlı Səkinə evdə tək olarkən Erkin adlı şəxs mənzilə soxulub.
Bakıda zorlama hadisəsi baş verib.
Cumuriyyet.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından lent.az-a verilən məlumata görə, hadisə Səbail rayonunda baş verib.
Rayon sakini olan 1974-cü il təvəllüdlü
Atamoğlanova Turə (bütün ad və soyadlar şərtidir) 8-ci Polis Bölməsinə
müraciət edərək onunla birgə yaşayan qızının cinsi zorakılığa məruz
qaldığını deyib. Qadın qeyd edib ki, iyulun 17-də qızı, 15 yaşlı Səkinə
evdə tək olarkən Erkin adlı şəxs mənzilə soxulub. Həmin şəxs yeniyetmə
qızı döyüb və zorla onunla cinsi əlaqədə olub. Erkin daha sonra evi tərk
edib. T.Atamoğlanova evə qayıtdıqda qızı ona baş verənləri danışıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, polisə şikayət edən qadın Səbail rayonundakı tədris müəssisələrindən birində rəhbər vəzifələrdən birində çalışır.
Short URL: http://www.cumhuriyyet.net/?p=9864