İsrailin qorxduğu başına gəldi
bağlı “İzəddin əl Qəssam” briqadasının əsgərləri qarşı tərəfə kamikadze
hücumlarla cavab verməyə başlayıb.
ANS PRESS-in xəbərinə görə, kamikadzelərdən biri İsrailə aid tankı partladaraq onu istifadəyə yararsız hala salıb.
Məlumata görə, Qəzzanın şərqindəki Şucaiyyə məhəlləsinə girməyə çalışan
tankın “Şuvaz-4” qurğusu ilə təchiz edilmiş fələstinli tərəfindən
partladıldığı, hadisə zamanı kamikadzenin də öldüyü bildirilib.
“İzzəddin əl Qəssam” briqadası daha əvvəl yaydığı yazılı açıqlamada
Qəzzanın Xan Yunus şəhərində 3, Şəcaiyyə məhəlləsində 1 olmaq üzrə 4
döyüş tankının məhv edildiyini bildirmişdi.
Xatırladaq ki, itkin düşən 3 yəhudi gəncin meyitinin tapılması və
fələstinli gəncin yandırılaraq öldürülməsindən sonra bölgədə vəziyyət
gərginləşmişdi. Bundan sonra İsrailin havadan, dənizdən və qurudan
başlatdığı hərbi əməliyyatlar nəticəsində əksəriyyəti azyaşlı uşaqlar və
dinc əhali olmaqla 370-nəfərə yaxın fələstinli ölmüş, yaralı sayının
isə 2 685-ə çatdığı bildirilmişdi.
Short URL: http://www.cumhuriyyet.net/?p=9879