Oruc tutmaq barədə 7 yanlış stereotip

21.07.2014 - 08:01

Oruclu ikən ağız suyunu udmaq olar
 
Yanlışlıq: Çimmək, duş qəbul etmək olmaz.

Həqiqət: Olar. Sadəcə, başı bütünlüklə suyun altına salmaq (suya baş vurmaq) olmaz.

Yanlışlıq: Ağız suyunu (tüpürcəyi) udmaq olmaz.

Həqiqət: Oruc tutan şəxsin ağız suyunu udmasında heç bir məhdudiyyət yoxdur.

Yanlışlıq: Ağzı yaxalamaq və dişləri təmizləmək olmaz.

Həqiqət: Olar. Sadəcə, diqqət etmək lazımdır ki, su boğazdan aşağı getməsin.

Yanlışlıq: Orucluq vaxtı toy-bayram keçirtmək olmaz.

Həqiqət: Mübarək ayda toy etməklə bağlı heç bir məhdudiyyət yoxdur.
Məhdudiyyət, hər zaman olduğu kimi, haram məclislərə və bunlara xas
atributlaradır.

Yanlışlıq: Namaz qılmayan oruc tuta bilməz.

Həqiqət: Bunlar – 2 müxtəlif vacib əməllərdir. Lakin, onlardan birinin
yerinə yetirilməsi digərinin yerinə yetirilməsindən asılı deyil və
bununla şərtlənmir.

Yanlışlıq: Səhvən nəsə yeyəndə və ya içəndə oruc pozulur və onu artıq davam etmək gərək deyil.

Həqiqət: Səhvən nəyisə yemək və içmək orucu pozmur. Amma, oruc
tutduğunuzu xatırladığınız anda dərhal qida və maye qəbulunu dayandırmaq
və qida qalığını ağız boşluğundan xaric etmək gərəkdir.

Yanlışlıq: Oruc tutan iynə və peyvənd vura bilməz.

Həqiqət: Bilər. Məhdudiyyət yalnız qidanı əvəz edən iynələrə, məsələn, qlükozaya aiddir.(deyerler.org)

 

Short URL: http://www.cumhuriyyet.net/?p=9880

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31