Cavan görünmək üçün nə etməli?
Qadınlar
cavan görünmək üçün əlindən gələni edir. Hətta çoxlu pul xərclərəyək
cərrah bıçağı altına yatmağa razıdırlar. Lakin elə məqamlar var ki,
burada cərrahlar da acizdir. Qadınların xarici görkəmində yol verdiyi
səhvlər onları olduğundan yaşlı göstərir. Tabloid.az qadınları yaşından
cavan və baxımlı görünmək üçün nəyə diqqət etməli olduğunu araşdırıb.
Dırnaq boyasını yeniləməyə tənbəllik edrisinizsə, açıq rənglərə üstünlük verin
Ucu
silinmiş laklar kənardan çox bərbad görünür. Dırnaq boyası, asan
çıxarıla bilən və davamlılığı çox az olan tərkibə malikdir. Dırnaq
boyasının ömrü maksimum 2-3 gün olduğunu hər kəs yaxşı bilir. Təəssüf
ki, bəzi qızları bunu bildiyi halda həftələrlə dırnaqlardan yarısı
pozulmuş dırnaq boyası ilə gəzir.
Yarısı
pozulmuş, ucları silinmiş dırnaq boyaları dünyanın ən gözəl qadını belə
olsanız, sizi çirkin göstərəcək. Ətrafdakılar sizin baxımsız və
səliqəsiz qadın olduğunuzu düşünəcək. Buna görə ya dırnaq boyanızı
tez-tez yeniləyin, yeniləməkdə tənbəllik edirsinizsə, tünd qırmızı,
qırmızı, qara kimi gözə çarpan rənglər yerinə ağ, çəhrayı kimi açıq
tonlar seçin.
Makiyajınızı təmizləməyə tənbəlliik edirsinizsə, nəm salfetdən istifadə edin
Bəzən
qadınlar çox yuxulu və ya yorğun olanda makiyajı təmizləyə tənbəllik
edirlər. Amma makiyajla yatmaqla dərinizə ən böyük pisliyi edirsiniz.
Bu, bir kənara qalsın, səhər yuxudan duranda bulaşmış makiyaj və
baxımsız halınızla qorxu filmlərindən çıxmış kimi görünmə ehtimalınız
var. Əgər
“hər zaman gözəl görünmək” prinsipi ilə yaşayırsınızsa, dəriniz
səhərlər də təmizlənmiş, nəmləndirilmiş və baxımlı olmalıdır. Təbii
gözəlliyinizi ön plana çıxartmalısınız.
Hər bir qadının çantasında daraq olmalıdır!
Saçlarınızı
gec-gec darayırsınız? Halbuki saçlar gün ərzində və gecə yatarkən
qarışır, sonra da ortaya çox xoş olmayan dağınıq və səliqəsiz bir
görüntü çıxır. Çantanıza kiçik daraq atın. Gün ərzində saçınızı dağılan
zaman onu daraqla səliqəyə salaraq hər zaman gözəl və baxımlı görünə
bilərsiniz.
Baxımsız qaşlarla gəzməyin!
Qaşlar nazik və qalın ola bilər. Daha təbii görünmək və dəbin nəbzini tutmaq üçün qalın qaşlara üstünlük verə bilərsiniz. Ya
da özünüzə nazik qaşın daha çox yaraşdığını düşünə bilərsiniz. Əgər
həmişə gözəl və baxımlı görünmək istəyirsinizsə qaşlarınızın nazik ya da
qalın olmasından asılı olmayaraq, heç bir zaman səliqəsiz qaşlarla
dolaşmayın.
Forması
pozulan qaşlarınızı düzəltmək üçün ayda bir dəfə gözəllik salonuna gedə
bilərsiniz, amma bu müddət ərzində qaşlarınızı öz halına
buraxmamalısınız. Qaşların formasının itməməsinə diqqət edin. Kənardan
və altdan çıxan tükləri maqqaşla alaraq pis bir görünüşün ortaya
çıxmasına mane ola bilərsiniz.
Duruşunuzu düzəldin və özünüzə güvənin!
Gözəllik
dedikdə makiyaj və son dəbli geyim nəzərdə tutulmur. Xanımın
özünəməxsus şarmı olmalıdır. Hətta duruşunuzun belə çox böyük əhəmiyyəti
var. Kürəyiniz dik, çənəniz yuxarıda, başınız çiyininizlə eyni xətdə
olmalıdır. Diqqət mərkəzində olmaq istəyirsinizsə, “özümə çox güvənirəm”
enerjisi və duruşu ilə hər zaman bir addım öndə olun.
Dodaqlarınıza fikir verin!
Çatlamış,
hətta yara olub qabıq tutmuş dodaqla dünyanın ən gözəli də olsanız da,
qüsurlu görünəcəksiniz. Dodaqlar qadının ən böyük aksessuardır. Bu
baxımdan o aksessuara yaxşı baxın. Dodaq boyasını sevməsiniz də,
parladıcı ya da nəmləndirici dodaq boyası çəkin.
Almacıq sümüklərini vurğulamağı unutmayın!
Ürəyiniz
heç makiyaj etmək istəmirsə, ya da normalda da çox makiyajın tərəfdarı
deyilsinizsə, heç olmasa ənliklə yanaqlarınızı bir az rəngləndirə
bilərsiniz. Barmaqların ucu ilə yanaqlarınızı çimdikləyərək yanağınıza
bir az çəhrayı rəng verə bilərsiniz.
Short URL: http://www.cumhuriyyet.net/?p=9881