Düşmən arxasına keçən cəsur soydaşlarımızın işində şok gəlişmə

21.07.2014 - 08:19

Girovlarımıza işgəncələr verildiyi təsdiqlənir

“Qırmızı
Xaç” nümayəndələrinin onları hələ də yoluxa bilməməsinin səbəbi
aydınlaşır; məsələdə Ramil Səfərova görə qisas və digər motivlər də var;
Ermənistanın birinci ombudsmanı: “Bakı insidentdən Dağlıq Qarabağın
legitim olmadığını dünyaya nümayiş etdirmək üçün istifadə edir…”

Azərbaycanın işğal altındakı
Kəlbəcər rayonundan olan Dilqəm Əhmədov və Şahbaz Quliyevin erməni
işğalçıları tərəfindən girov götürülməsi iki ölkənin gündəmində əsas
mövzulardan biri olaraq qalır. 
Azərbaycanda
hadisənin motivi kifayət qədər aydın olsa da, ermənilər hər vəchlə olayı
şişirtmək, öz ölkəsində BMT tərəfindən tanınmış sərhədlər daxilində
sadəcə, yerdəyişmə eləmiş azərbaycanlı mülki vətəndaşlardan “hərbi
cinayətkar” və “qatil” obrazı yaradıb öz qanunsuz hərəkətlərinə sivil
bəşəriyyətin gözündə bəraət qazanmağa çalışırlar.
Bundan ötrü
ənənəvi erməni yalanı və həyasızlığı bütün gücü ilə işə salınıb. Guya
Dilqəm Əhmədov, Şahbaz Quliyev və öldürüldüyü deyilən Həsən Həsənov
silah arsenalı gəzdirirmişlər və onlar bir erməni zabitini və 17 yaşlı
erməni yeniyetməni qətlə yetiriblər. Bütün bunların hamısı uydurulan
ssenarini gerçək qismində təqdim etməyə hesablanıb, təbii ki. 
Gələn
məlumatlara görə, düşmən arxasına keçərək erməni toplumunda
əməlli-başlı xof yaratmağa nail olmuş cəsur soydaşlarımızla amansız
şəkildə davranılmasının, onların ən qatı cinayətkar kimi təqdim
edilməsinin aparıcı motivi budur: erməni tərəfi haqlı olaraq bir gün
qisas gününün yetişəcəyindən təlaşa düşən cəmiyyəti sakitləşdirmək,
işğalçı rejimin müdafiə qabiliyyətinin guya yerində olduğunu göstərmək,
təhlükəli insidentin təkrarlanmasını əngəlləmək və başqa
azərbaycanlılarda xof yaratmaq üçün klassik yola – vəhşiliyə əl atıb.
Odur ki, az qala Xocalı soyqırımına görə məsuliyyəti də onların boynuna
qoymaq istəyirlər. 
Başqa sözlə desək, bu,
bizim tanıdığımız ermənilərdisə, günahsız insanlar üzərində güclü
“obrabotka” gedir. Bakının israrlı tələblərinə baxmayaraq neçə gündür
Beynəlxalq Qırmızı Xaç Komitəsinin İrəvan ofisi nümayəndələrinin
soydaşlarımızı yoluxa bilməməsinin baş səbəbi elə bu ola bilər –
girovlar göstəriləsi vəziyyətdə deyil. Yeri gəlmişkən, az öncə Şahbaz
Quliyevin gözünün çıxarılması haqda informasiyalar yayılmışdı.
Təəssüflər olsun ki, Qırmızı Xaç bunu dəqiqləşdirmək imkanında deyil.  
Beynəlxalq
humanitar qurumun təmsilçilərinin girovların yanına buraxılmamasının
ayrı motivləri də istisna deyil. Məsələn, Ramil Səfərovun qisasını almaq
kimi. Bunu Ermənistanın birinci ombudsmanı Larisa Alaverdyanın erməni
KİV-nə müsahibəsindən sezmək olur. Olayla bağlı erməni tərəfinin
beynəlxalq hüquq baxımından qəliz duruma düşdüyünü etiraf edən “insan
haqları müvəkkili” nədənsə iki olayın mahiyyətini eyniləşdirməyə
çalışır. Lakin hər vəchlə girovları terrorçu-diversant kimi təqdim
etməyə çalışsa da, bunu Kəlbəcərin (onlar “Karvaçar” deyirlər) guya
qondarma “DQR”in tərkibinə daxil olması ilə əsaslandırmağa cəhd eləsə
də, əlahəzrət faktdan qaça bilmir. Bu da ondan ibarətdir ki, Kəlbəcər
dünyanın ərazi bütövlüyünü tanıdığı Azərbaycanın ayrılmaz tərkib
hissəsidir və o, ləğv edilmiş DQMV-nin tərkibində heç vaxt olmayıb. 
Odur
ki, erməni ombudsman “insidentlə bağlı hüquqi baxımdan qəliz durumun
yarandığını” bildirir və əlavə edir ki, “Bakı hadisədən ilk növbədə
Dağlıq Qarabağın legitim olmadığını dünyaya nümayiş etdirmək üçün
faydalanmağa çalışır”. Düşmənin girovlara qarşı xüsusi amansızlıqla
davranmasının bir motivi də zatən bununla bağlıdır. 
Olayla
bağlı xeyrimizə olan nüanslar əfsuslar olsun ki, beləcə, hələlik
soydaşlarımızın ziyanınadır və onlara qarşı ən sərt davranışa əsas
yaradıb. Bu və başqa səbəbdən mümkündür ki, girovlarımız uzun müddətə
geri verilməsin. Ki, nə vaxtsa əsl həqiqət üzə çıxmasın. Dilqəm Əhmədov
və Şahbaz Quliyev ətrafında hay-küy və siyasi şou yaradılması bu mənada
tam anlaşılan və məntiqli görünür.

Short URL: http://www.cumhuriyyet.net/?p=9885

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31