ABŞ bölgədəki müttəfiqlərini qorumağa çalışır
“Qanun reallaşarsa, Amerika təkbaşına bu ölkələrə hərbi kontingent göndərmə fürsəti qazanacaq”

Xəbər
verdiyimiz kimi, ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya
təcavüzünün qarşısının alınması barədə qanun layihəsini ikinci oxunuşda
qəbul edib. Qanun layihəsi Ukrayna, Gürcüstan və Moldovaya NATO üzvü
olmadan da ABŞ-ın müttəfiqi statusu verilməsini nəzərdə tutur.
Gürcüstan və Moldovadan başqa, Azərbaycan, eləcə də Bosniya, Serbiya,
Monteneqro, Makedoniya və Kosovo təhlükəsizliyin təmin olunması və ABŞ
Silahlı Qüvvələri ilə qarşılıqlı əməkdaşlıq üçün ABŞ-dan kömək ala
biləcəklər. Siyahıda Ermənistanın adı yoxdur.
edək ki, bu qanun hər üç postsovet respublikasının ABŞ-ın hərbi
müttəfiqi statusu alması və bununla da təhlükəsizlik təminatı əldə
etməsidir. Nəzərə almaq lazımdır ki, sözügedən hər üç respublikada
separatizm fəaliyyətləri nəticəsində ərazilərin bir qismi nəzarətdən
çıxıb. Daha bir məqam isə bu respublikalarda separatizmin məhz Rusiya
tərəfindən himayə olunmasıdır.

Müsavat”a şərh edən TOBB İqtisadiyyat və Texnologiyalar Universitetinin
(Ankara) dosenti, politoloq Toğrul İsmayıl deyir ki, Gürcüstan, Moldova
və Ukraynanın NATO-ya üzv olmaq imkanı olmadığından ABŞ yeni bir yol
axtarır. Ekspertə görə, qanun qəbul olunsa, ABŞ-ın bu ölkələrdə hərbi
iştirakı güclənəcək: “Məsələ hələ ABŞ Senatında müzakirə edilməlidir.
Burda əsas məqsəd NATO-ya bağlı qalmadan bu ölkələrə hərbi yardım etmək
imkanı əldə etməkdir. ABŞ-ın NATO-dakı müttəfiqləri bu cür məsələlərdə
çox da operativ olmadığı üçün Vaşinqton bu qərara qol qoydu. Əgər qanun
reallaşarsa, o zaman ABŞ özü təkbaşına bu ölkələrə hərbi yardım, eyni
zamanda hərbi kontingent də göndərmə fürsəti qazanacaq”.
görə, bu həm də ABŞ-ın bu bölgədə öz oyununu təkbaşına oynamaq
istəməsinin xəbərçisidir. Ekspertə görə, ABŞ-ın buna gücü çatar, ancaq
eyni zamanda bu, bölgəmizdə geosiyasi oyunun məzmununun dəyişdiyini
göstərir: “Qanun Rusiyanı qıcıqlandıracaq. Əslində Rusiya prezidentinin
Latın Amerikası ölkələrinə səfəri və görüşləri bəlkə də bu planın həyata
keçməsini sürətləndirdi. Sadəcə onu dəqiq demək olar ki, Qara dəniz –
Qafqaz bölgəsində rəqabət getdikcə qızışır”. T.İsmayılın fikrincə,
Azərbaycanın bu proseslərdən kənarda qalması imkansızdır: “Artıq
Azərbaycandan mövqe ortaya qoyması tələb olunacaq. Daha əvvəl tərəfsiz
və balanslı siyasət kimi görünən bəzi proseslərin ömrü bitməkdədir”.
Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ABŞ-ın bu addımının
gözlənilən olduğunu deyir. Ekspertə görə, Vaşinqton bu yolla bölgədəki
müttəfiqlərini qorumağa çalışır: “Çünki Ukraynadakı vətəndaş müharibəsi
və Moskvanın bu ölkələrdəki separatçılara verdiyi dəstək göstərir ki,
Rusiya əvvəlkitək qonşu ölkələri öz arxa bağçası hesab edir. Vaşinqtonda
düşünürlər ki, Ukraynaya ciddi dəstək verilməsə, Rusiya gələcəkdə də bu
ölkəni müxtəlif yollarla parçalamağa çalışacaq. Ona görə də Vaşinqton
bu həddə gəlib çıxmadan Ukraynaya müttəfiq statusu verdi. Bu isə Kremlə
mesajdır ki, Moskva əvvəlki tək Ukraynanı hədəf götürsə, qarşısında
ABŞ-ı görəcək. Eyni sözləri Moldova və Gürcüstana da şamil etmək olar”.

deyir ki, qanun layihəsi uğurlu addım olsa da, bunun arxasınca praktiki
addımlar atılmalıdır: “Yəni sabah elə olmasın ki, bu dövlətlər
Rusiyanın növbəti hiyləgər planları ilə üz-üzə qalsınlar. Məsələn,
hazırda Ukrayna hakimiyyəti ABŞ-dan yüksək texnoloji silahlar xahiş
edir. Hələ ki, Ağ Ev həmin silahları Ukraynaya verməyə tələsmir. Bu isə
Ukrayna hakimiyyətində və cəmiyyətində istər-istəməz ruh düşkünlüyü
yaradır. ABŞ Ukrayna, Gürcüstan və Moldovadan məsafəcə uzaq olsa da, bu
dövlətlər vəd etdiyi dəstəyi verməsə, Rusiya boşluqdan yararlanaraq daha
çox adı çəkilən dövlətlərin üzərinə gedəcək”.
qənaətincə, AB bu məsələlərdə xeyli dərəcədə ləngdir, ABŞ-ın daha çevik
və praktik addımları mümkün olsa da, hər şey Obamanın reaksiyasından
asılı olacaq: “Demokrat Barak Obama da astagəldir, müttəfiqlərini
kifayət qədər dəstəkləmir. Onun düşüncəsi bundan ibarətdir ki, necə edim
ki, hansısa müharibəyə qoşulmayım. Ancaq real dünyada bu mümkün deyil.
Əgər özünü superdövlət elan edibsənsə, buna uyğun da siyasət
yürütməlisən. Rusiya Ukraynada bildiyini edir və hələ ki, bu məsələdə də
Vaşinqton Rusiyanın planlarını əngəlləyə bilmir. Hansısa dövləti
müttəfiq elan etmək işin yarısıdır, həmin müttəfiqi əməli şəkildə də
qorumaq lazımdır”.
Short URL: http://www.cumhuriyyet.net/?p=9886