Təhlükəli çimərliklərdəki obyektlər bağlana bilər

21.07.2014 - 09:37

İstirahət mərkəzlərinə ciddi xəbərdarlıq edilib; sahil və dəniz suyunu təmizləməyən obyektlərin fəaliyyəti dayandırılacaq…

Bakıda
təhlükəli elan olunan çimərliklər bağlana bilər. Bu barədə “Yeni
Müsavat”a Şıx çimrəliyində yerləşənən istirahət mərkəzlərinin birindən
məlumat verilib. Məlumata görə, bir müddət əvvəl Ekologiya və Təbii
Sərvətlər Nazirliyi tərəfindən aparılmış monitorinqin nəticəsi olaraq
çimərliklərdə yerləşən istirahət mərkəzlərinin qarşısında tələb
qoyulub. 
Həmin tələbə əsasən, istirahət mərkəzləri çimərlik
kimi istifadə etdiyi əraziləri, qumu, dəniz suyunu mütəmadi olaraq
təmizləməli, ərazidə sanitariya qaydalara əməl etməlidir. İstirahət
mərkəzlərinə bildirilib ki, bu tələbələrə cavab verməyən istirahət
mərkəzləri haqqında ciddi ölçü götürüləcək. Dəfələrlə edilən
xəbərdarlığa baxmayaraq, nəticə çıxarmayan obyektlərin fəaliyyəti
dayandırılacaq. Mövzu ilə əlaqədar ötən gün Bakının Şıx çimərliyində
yerləşən istirahət mərkəzlərinin bir neçəsinə baş çəkib, ordakı
vəziyyəti öyrnəməyə çalışdıq. 
“Azca sərt tələblər qoyanda müştəri qaçır”
Şıx
çimərliyində yeləşən “Min bir gecə” istirahət mərkəzi bu yay mövsümünü
durğunluq içərisində keçirir. Səbəblər içərisində havaların qeyri-sabit
keçməsi olsa da, obyekt sahibləri bunun əsl səbəbini bu il istirahət
üçün xaricə gedənlərin çox olduğu ilə əlaqələndirdilər. İstirahət
mərkəzinin Hüseyn adlı administratorunun sözlərinə görə, bu il turizm
şirkətlərinin təklif etdikləri müxtəlif  endirim kampaniyaları böyük
marağa səbəb olub: “Turizm şirkətləri Türkiyə və Gürcüstana həftəlik tur
paketləri 200-600 manat arası təklif edir. Bu da kifayyət qədər normal
qiymətlərdir. Bu qiymətə Azərbaycanda bir həftə istirahət etmək çox
çətindir. Bu, bizdən asılı deyil. İstirahət mərkəzləri arasında rəqabət
mühitinin formalaşmasına heç cürə imkan vermirlər. Vergini günü-gündən
artırırlar. Məcbur olub biz də xidmətlərin qiymətini qaldırırıq. Çünki
burda yüzlərlə işçi işləyir. Bəs onların maaşını necə verək?”.
İstirahət
mərkəzinin administratoru qeyd etdi ki, qiymətə uyğun xidmətləri də
yaxşılaşdırırlar: “Əvvəllər giriş üçün qapıda adambaşı 3 manat ödəyib
içəri girən müştərilər, çardaq, duş kimi xidmətlərə görə əlavə pul
ödəyirdilər. Amma indi bu xidmətlər pulsuzdur. Maşınla istirahət
mərkəzinə girmək istəyənlər isə 5 manat ödəməlidirlər. Ödənilən pulun
müqabilində müştərilərə çek ödənilir. Həmin çek vasitəsi ilə onlar
istirahət mərkəzindəki xidmətlərdən yararlana bilirlər.  Burada
stolların qiyməti 5-10 manat arası dəyişir. Müştərilər özləri ilə yemək
gətiriblərsə stolları 10 manata kirayələyə bilərlər. İstirahət
mərkəzində restoran da fəaliyyət göstərir”.
Təmizlik
barədə danışan Hüseyn vurğuladı ki, hələlik təmizlik işlərini istənilən
qaydada həyata keçirə bilmirlər: “Əsas problem insanlara nəzarət
etməkdir. Hər saat elan edirik ki, zibilləri zibil yeşiyinə atın. Amma
mütərilər tez-tez gəlib bizə şikayət edir ki, dənizdə üzərkən sellofan,
boş su qabları, qida qalıqlarına rast gəlirlər. Onları dənizə biz
atmırıq. İnsanlar bir-birlərinə nəzarət etməlidir. Kimsə görsə ki,
yanındakı yerə və ya dənizə nəsə atır, ona mane olmalıdır. Onsuz da biz
səhər və axşam saatlarında kompelks təmizlik işləri aparırıq”.
“Təmirdən çıxan “Dostluq”da müştəri qıtlığı”
Təmirdən
çıxan “Dostluq”dan isə bildirdilər ki, Şıx çimərliyindəki digər
istirahət tmərkəzləri kimi onlar da müştəri sarıdan qıtlıq çəkirlər.
“Dostluq”un baş administratoru Əli vurğuladı ki, suyun və sahilin
təmizlənməsi ilə bağlı onlara da ciddi xəbərdalıq edilib: “Yaxın
günlərdə xaricdən xüsusi aparat gətizdirəcəyik. Həmin aparatlar vasitəsi
ilə hər 4 saatdan bir həm dəniz suyu, həm də sahildəki qum
təmizlənəcək. Keçən dəfə nazirlik yoxlama apardı. Ciddi nöqsanlar
aşkarlandı. Bizə sərt xəbərdarlıq edildi ki, qısa müddətdə həmin
nöqsanlar aradan qalxmasa  istirahət mərkəzinin fəaliyyəti
dayandırılacaq”.
İstirahət üçün bu məkanı
seçən paytaxt sakini Xalid Məmmədov qeyd etdi ki, son günlər gilavar
küləyinin əsməsi suyu nisbətən təmizləyib: “Xəzri əsəndə nə zir-zibil
varsa sahilə vurur. Suya girməyə ehtiyyat edirsən. Keçən dəfə Hövsan
çimərliiyində idim. Çimdiyim yerdə gördüm ki, suda qara rəngdə böyük
nəsə var. Elə bildim kimsə boğulub cəsədi sahilə çıxıb. Polis çağırdıq,
məlum oldu ki, gördüyüm suiti cəsədidir”.
Qeyd
edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı məlumatda
deyilirdi ki, nazirlik Abşeron yarımadasının kanalizasiya şəbəkəsi
olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı qəsəbələrinin sahil zolağında
və “Amburan” çimərliyi ərazisində, eləcə də Novxanı və Corat bağlarının
sahil boyu ərazilərində beynəlxalq standartlara cavab verən 17 ədəd
modul tipli çirkab su təmizləyici qurğu quraşdırıb və Azərbaycan
Xəzəryanı dövlətlər arasında dənizin və onun akvatoriyasının
çirklənmədən qorunması üzrə kompleks tədbirlər həyata keçirən yeganə
ölkədir.
Qeyd olunub ki, nazirlik tərəfindən
modul tipli çirkab su təmizləyici qurğuların quraşdırıldığı ərazilərdə
aparılan monitorinqin nəticələrinə görə, 2007-ci illə müqayisədə
mikrobioloji baxımdan çirklənmənin qarşısı alınıb. Artıq Abşeron
yarımadasının şimal zonasındakı ərazilərdən dənizə axıdılan tullantı
suları idarə olunur. Belə ki, təmizləyici qurğuların istismarı
müddətində dənizdə mikrobioloji baxımdan çirklənmənin dərəcəsi tədricən
azalmağa başlayıb, son illər ərzində qeyd olunan sahələrdə bağırsaq
çöplərinin və şərti patogen bakteriya olan Escherichia coli-nin (E.coli)
miqdarı minimum həddə çatıb. Aparılan tədqiqatların nəticələrinə görə,
Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlan
və Hövsan çimərliklərində çirklənmə dərəcəsi artıq norma daxilindədir.
Bildirilirdi
ki, lakin belə qurğuların quraşdırılmadığı məntəqələrdə ötən il olduğu
kimi (Sumqayıt, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil
qəsəbəsinin çimərlik ərazilərində), bu il də mikrobioloji baxımdan
çirklənmə qeydə alınıb. Bu ərazilərdə böyük həcmlə axıdılan tullantı
suları müvafiq norma və standartlara uyğun təmizlənmədən və
zərərsizləşdirilmədən dənizə axıdıldığına görə sözügedən ərazilərdə
bağırsaq çöpü bakteriyalarının və şərti patogen E.coli-nin miqdarı
normadan artıq müəyyən edilib.
2014-cü ilin may ayında Xəzər
dənizinin sahilində təmizləyici qurğuların quraşdırıldığı ərazilərdə,
eləcə də digər çimərlik sahələrində Ekologiya və Təbii Sərvətlər
Nazirliyi və Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən
birgə keçirilən monitorinq zamanı dənizdən götürülən su nümunələri
üzərində aparılan laborator təhlillərin nəticələri qeyd olunan sahələrdə
bağırsaq çöplərinin və şərti patogen E.coli-nin miqdarının minimum
həddə çatmasını təsdiq edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi
tərəfindən modul tipli təmizləyici qurğular quraşdırılmış qəsəbələrin
sahil zolağında aparılan son tədqiqatların nətiçcələri bunu deməyə əsas
verir ki, qeyd olunan qəsəbələrin sahil zolağındakı çimərlik sahələri
(Sumqayıt, Qaradağ rayonu Sahil qəsəbəsinin “Sahil” və Səbail rayonunun
“Şıx” çimərliklərindən başqa) yay mövsümü ilə əlaqədar çimərlik kimi
istifadəyə yararlıdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=9892

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31