Füzuli RİHB Alı Alıyev Qurban bayramı münasibəti ilə əsgər və zabitlərlə görüşüb

04.09.2017 - 10:46

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Qurban bayramı münasibəti ilə rayon ərazissindəki “N” saylı Hərbi hissədə xidmət edən əsgər və zabitlərlə görüşüb. Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev N saylı hərbi hissənin komandanlığı ilə birlikdə əvvəlcə ön xəttə olub, burada xidmət edən əsgərlərin xidməti vəziyyəti, məişət şəraiti ilə maraqlanıb, əsgərlərlə fərdi söhbətlər aparıb, onlara bayram sovqatı çatdırıb.

Şəxsi heyətlə keçirilən görüşdə çıxış edən Alı Alıyev mənəvi birliyin, saflıq və mərhəmətin rəmzi olan Qurban bayramı münasibətilə əsgər və zabitləri təbrik edib, onlara çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayıb.   Bildirib ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması və bayrağımızın Dağlıq Qarabağda dalğalanmasıdır:   –  “Bunun üçün hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik”.

Alı Alıyev bir daha əsgərlərə Vətənimizin etibarlı müdafiəsi naminə nümunəvi xidmət göstərməyi tövsiyyə edib, onlara qələbə sevinci arzulayıb.

Hərbi hissə komandanlığı bu cür görüşlərin əsgərlərə mənəvi dəstək olduğunu, ruh yüksəkliyi yaratdığını vurğulayıblar.

Short URL: http://www.cumhuriyyet.net/?p=98953

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31