Həkimə qarşı bir milyonluq məhkəmə iddiası
Gənc qadını necə bədbəxt ediblər?
Gənc qadını necə bədbəxt ediblər?
“Azadlıq”a daxil olan şikayət məktubunda son dövrlər Azərbaycanda çox
ciddi problemə çevrilmiş doğuş zamanı yaranan bədbəxt hadisələrdən bəhs
olunur.
Məktubda bildirilir ki, 2013-cü ildə Könül Verdiyeva hamiləliklə
əlaqədar həkim Nigar Abdullayevanın qəbulunda olub və övladını təbii
doğuşГїyolu ilə dünyaya gətirmək istədiyini bildirib. Lakin Nigar
Abdullayeva bunun qətiyyən mümkün olmayacağını, körpənin mütləq
qeysəriyyə əməliyyatı ilə dünyaya gətirilməli olduğunu deyib. Həkim
həmçinin, özəl klinikada işlədiyini bildirərək, qadının doğuş üçün
“Astoriya” Tibb Mərkəzinə gəlməli olduğunu deyib.
Gənc qadın ailə vəziyyətinin ağır olmasına baxmayaraq, övladını
sağlam şəkildə dünyaya gətirmək üçün müayinə məqsədilə “Astoriya” Tibb
Mərkəzində mama-ginekoloq Nigar Abdullayevanın qəbulunda olub. Nigar
Abdullayeva müayindədən sonra səbəbini izah etmədən uşağı 2 həftə tez
götürməli olduğunu deyib. Qadın həkimin dediyi ilə razılaşıb və 2013-cü
il oktyabrın 21-i oğlunu qeysəriyyə əməliyyatı ilə dünyaya gətirib və
əməliyyatdan 3 gün sonra evə buraxılıb.
Bundan sonra Könül Verdiyevanın xeyli problemləri yaranıb və həkimin
səhlənkarlığı, qusurlu əməliyyatı nəticəsində 27 yaşlı xanımın həyatını
xilas etmək naminə, başqa bir həkim onu əməliyyat edərək, qadın
orqanlarını çıxarıb.
Baş verənlərlə əlaqədar fikirlərini bölüşən vəkil Iradə Cavadova
deyir ki, Azərbaycan Konstitusiyasının 41-ci maddəsinə əsasən, hər kəsin
sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ var.
Həmçinin,Ümumdunya Insan Huquqları Bəyannaməsinin 25-ci maddəsi də hər
bir insana qida, geyim, mənzil,tibbi qulluq və zəruri sosial xidmətlər
də daxil olmaqla, onun özüГїvə ailəsinin sağlamlığının, rifahının qorunub
saxlanılması üçün zəruri olan həyat səviyyəsinə malik olmaq hüququ
verir. I.Cavadova insanların işsizlik, xəstəlik, əlillik, dulluq,
qocalıq halında və ondan asılı olmayan digər səbəblərə görə dolanışıq
vəsaitlərini itirdiyi halda, təminat hüququna Гїmalik olmasını da
xatırladır:
“Maddələrin məzmunundan da görünür ki, hər kəsin yüksək səviyyədə
tibbi yardım almaq hüququ var. Bu hüquq heç bir şəkildə məhdudlaşdırıla
bilməz. “Istehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 3-cü
maddəsinə əsasən,ГїistehlakçılarГїistehlak etdikləri mallarınГї(işlərin,
xidmətlərin) lazımi keyfiyyətdə olması və lazımi keyfiyyəti olmayanГї
mallarınГї(işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsi, öz
hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət
orqanlarına, məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin qanunun
12-ci maddəsinə əsasən, istehlakçıların bu qanunda nəzərdə tutulan
hüquqları istehsalçı, yəni icraçı tərəfindən pozularsa, istehlakçıya
dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir”.
Vəkil əlavə edir ki, BMT-nin “Istehlakçıların hüquqlarının
müdafiəsinə dair” 1985-ci il tarixli rəhbər prinsiplərində,
“Istehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan
Respublikasının 19 sentyabr 1995-ci il tarixli qanununda istehlakçıların
sağlamlığı və təhlükəsizliyinin müdafiəsi hüququ ön plana çəkilir.
Gənc anaların hüquqlarının pozulması son dövrlər daha da
aktuallaşdığından məsələni medianın diqqətinə çatdırmaq zərurəti
yaranıb. Eləcə də Insan Hüquqları üzrə Maarifləndirmə Ictimai Birliyi
Könül Verdiyevaya Гїkömək məqsədiilə iddia hazırlayaraq məhkəməyə təqdim
edib.
“Astoria” Tibb Mərkəzi və Nigar Abdullayevadan müştərək qaydadaГї1
milyon manat Гїtutularaq, maddi və mənəvi zərərin müqabilində
zərərçəkmişə Гїödənilməsi məhkəmədən xahiş edilib.
Bu iddiaya iyulun 25-də Nərimanov rayon məhkəməsində baxılacaq.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Short URL: http://www.cumhuriyyet.net/?p=9898