Sədərək yenə yandı

21.07.2014 - 10:40

Bu gün səhər ticarət mərkəzində başlayan yanğında 5 mağaza yanıb

Bu gün səhər saatlarında Sədərək Ticarət Mərkəzində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən ANS
PRESS-ə verilnə əmlumata görə, hadisə ticarət mərkəzinin 3-cü sıra,
7-ci korpusunda baş verib. 

Hadisə nəticəsində ümumi sahəsi 163 kv.m olan 5 mağazanın yanar
konstruksiyaları, lambirdən ibarət tavanı və içərisində olan mallar 12
kv.m sahədə yanıb. Hadisə yerinə 5 yanğınsöndürən cəlb olunub.

Bitişik mağazalar yanğından mühafizə olunub. Yanğın saat 07:47-də
yanğınsöndürənlər tərəfindən söndürülüb. Xoşbəxtlikdən yanğında xəsarət
alan olmayıb.

İlkin ehtimala görə, hadisə elektrik naqillərindəki qısaqapanma nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=9904

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31