17 min müəllimin mübarizəsi başladı

21.07.2014 - 10:54

 
 

Bu gün 2014-2015-ci tədris ilində
ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə
qəbulunun 2-ci mərhələsi – test imtahanları keçirilir. Təhsil
Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, imtahanlar bir həftə
davam edəcək. Test imtahanının keçirilmə vaxtı və yeri barədə məlumat
hər bir müsabiqə iştirakçısının şəxsi səhifəsinə məlumat göndərilib.

Test
imtahanları Azərbaycan Dövlət İqtisad Universitetinin əsas və 2-ci
korpusunda keçirilir. İmtahanın gedişinə video-nəzarət edilir.

Test
imtahanının nəticəsinə görə seçdiyi vakant yerə işə qəbul olunmaq
hüququnu qazananlar üçün 30 iyul 2014-cü il tarixindən müsahibələr
təşkil olunacaq və onların şəxsi səhifəsinə bu barədə məlumat
göndəriləcək. Müsahibə proqramı Təhsil Nazirliyinin rəsmi internet
saytının “Müəllimlərin işə qəbulu” səhifəsində yerləşdiriləcək. 

Qeyd
edək ki, 15 gün ərzində ölkənin ümumi təhsil və ilk peşə-ixtisas
təhsili müəssisələrindəki 2975 vakant yerə 17962 nəfər ərizə verib.

Müraciət
edənlər arasında ibtidai sinif (4996), ingilis dili (2578), Azərbaycan
dili və ədəbiyyat (2190), riyaziyyat (1477), tarix (1156) və informatika
(1113) müəllimi ixtisaslarını seçənlərin sayı daha çox olub. İlkin
təhlil göstərir ki, Bakı şəhərində olan vakant yerlər digərlərinə
nisbətən çox seçilib. Belə ki, Bakı şəhərinin bəzi məktəbləri üzrə bir
ingilis dili müəllimi yerinə 1200-dən, bir ibtidai sinif müəllimi yerinə
800-dən artıq ərizə qeydə alınıb.

 
 
 

Short URL: http://www.cumhuriyyet.net/?p=9905

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31