Fələstin qan ağlayır
“Sarsılmaz qaya” əməliyyatı sürətlə davam edir.
Bu gün İsrailin Fələstinin Qəzza bölgəsində “Sarsılmaz qaya” əməliyyatına başladığı saatdan etibarən ən qanlı gün olub.
Səhər saatlarından etibarən Qəzzanın artilleriya atəşinə tutulması nəticəsində 90 fələstinli həlak olub.
İsrailin Müdafiə Ordusunun (SAXAL) yaydığı bəyanata görə, 13 israilli hərbçi də həlak olub.
Cumhuriyyet.az CNN-nə
istinadən xəbər verir ki, ABŞ-ın dövlət katibi Cim Kerri “Qəzzadan
edilən hücumlardan İsrailin qorunmaq hüququ var” deyib. İsrailin baş
naziri Binyamin Netanyahu isə söyləyib:
“Ölkəmizin şəhərlərində sakitlik bərpa oluna qədər əməliyyatı davam etdirəcəyik”.
Al Jazeera bildirir ki, İsrail bu səhəri Qəzzanın ətrafındakı Şicayəni bombalamaşla başlayıb.
Bombardmanda 90 fələstinli həlak olub, 432 nəfər yaralanıb.
İsrailin həlak olmuş 19 hərbçisinin adları cəsədlərin tanınması proseduru başa çatan kimi açıqlanacaq.
Az öncə İsrailin baş naziri Binyamin Netanyahu millətə müraciət edib.
“Kimsə uzunmüddətli hərbi əməliyyatı istəmir.
“Sarsılmaz qaya” əməliyyatı sürətlə davam
edir. Əsas məqsəd terrorçuların yeraltı tunellərinin məhv olunmasıdır.
Əməliyyat məqsədinə çatandan və şəhərlərimizdə sakitlik bərpa olandan
sonra Qəzzanın tərksilah olunması istiqamətində dünya birliyi ilə
əməkdaşlığa başlayacağıq. Biz Qəzzada yalnız terrorçulara, onların
anbarlarına və qərargahlarına zərbələr endiririk. Silahsız insanlara
müraciət edərək döyüş əməliyyatları zonasını tərk etmələrini xahiş
etdik. HƏMAS isə onlara yerlərində qalmağı əmr edib. HƏMAS bu
insanlardan “canlı sipər” kimi istifadə edir”, – B.Netanyahu söyləyib.
4 saat sonra B.Netanyahunun sədrliyi ilə
İsrailin Təhlükəsizlik Şurasının iclası başlanacaq. Toplantıda Qəzzadakı
əməliyyatın gedişatı müzakirə ediləcək.
Al Arabiya bildirir ki, İsrailin Qəzzada
“Sarsılmaz qaya” əməliyyatına başladığı gündən bəri həlak olmuş 490
nəfər arasında 160 uşaq, 53 qadın və 32 qoca var.
Short URL: http://www.cumhuriyyet.net/?p=9906