Paytaxtda hərəkət iflic oldu
Alternativ yol göstərilib.
Nəqliyyat
Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakının mərkəzi
prospektində nəqliyyat vasitələrinin hərəkətində yaranmış sıxlıq barədə
məlumat yayıb.
Oxu.az xəbər verir ki,
Moskva prospekti (Əsas yolda – şəhər istiqamətində) tunelin çıxış
hissəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində nəqliyyat
vasitələrinin hərəkətində sıxlıq yaranıb.
Sürücülərə alternativ olaraq Moskva prospekti – Kənar yoldan istifadə etmələri tövsiyə olunur.
Short URL: http://www.cumhuriyyet.net/?p=9907