Bakıda polisi vurdular

21.07.2014 - 11:55

 

Yaralı polis əməkdaşı hospitala yerləşdirilib.

Bakının
mərkəzində yol polisini maşın vurub. Xidmət zamanı yol polisini vuran
maşın elə gəldiyi sürətlə də ərazidən qaçıb. Hadisə Səbail rayonunda,
Zərifə Əliyeva və Rəsul Rza küçələrinin kəsişməsində baş verib.

Cumhuriyyet.az xəbər verir ki, rayon Polis İdarəsindən milli.az-a
verilən məlumata görə, 48 yaşlı Dövlət Yol Polisi İdarəsinin inspektoru
Teymur Sonayevi 90 XM 542 dövlət nömrə nişanlı “Hyundai” markalı maşın
vurub. Sürücü qəzadan sonra hadisə yerindən uzaqlaşıb.

Yaralı polis əməkdaşı isə Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib. 

Faktla bağlı cinayət işi başlanıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=9908

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31