Azercell mətbuatı necə susdurur
dərəbəylikdir. Düzdür, bu sektorda adı müxtəlif olan üç şirkət –
Azercell, Bakcell və Narmobile fəaliyyət göstərir. Amma bu sözügedən
sahədə rəqabət mühitinin yaranmasına gətirib çıxarmayıb. Çünkü, bu
şirkətlərin əslində gizli şəkildə bir əl tərəfindən idarə olunduğu
bəllidir. Xidmətin keyfiyyətsizliyi və bahalılığı baxımdan
fəaliyyətindən daha çox narazılıq edilən isə Azercelldir.
Cumhuriyyet.az-ın məlumatına görə, AXCP mətbuat xidmətinin
rəhbəri, “Azadlıq” qəzetinin əməkdaşı Natiq Güləhmədoğlu da sonuncu
statuslarından birində məhz bu mövzuya toxunub və “Azercell”i ucuz
vasitələrlə jurnalistləri ələ almaqda suçlayıb:
“Azərbaycan mətbuatı, jurnalistləri özündə cəsarət tapıb
Azərsell barədə tənqidi məqalələrə qucaq açmalıdır. Çox təəssüf ki,
Azercell kontur, filanla bir çox jurnalisti və əksər media orqanını
susdurub”.
Cumhuriyyet.az-ın bu istiqamətdə apardığı kiçik araşdırmadan
sonra isə bəlli olub ki, Azercell bir çox media quruluşları ilə ayda 50
manatlıq kontur paketi hesabına anlaşıb və bu səbəbdən də həmin media
quruluşları Azercell-in bütün qanunsuzluqlarına göz yumur.
Short URL: http://www.cumhuriyyet.net/?p=9910