Erməni mamontları

imkan verən istənilən addım çox böyük qorxu doğurur. Qorxurlar ki, bəs,
onlar erməni maraqlarının hesabına gerçəkləşdirilə bilər.
Ola bilər ki, bu, baş verəcək və buna görə Yaradana şükr olsun. Amma
İrəvanda Moskva və Ankaranın yaxınlaşmasının, gələcəkdə Bakının da
onlara qoşulmasının Qarabağ problemini sürətlə həll etməyə yardım
edəcəyini qətiyyətlə inkar edirlər. Ermənistan hakimiyyəti yenə də
hansısa yeni cəfəng fantastik ideyalar irəli sürür ki, guya bu Cənubi
Qafqaz respublikası özünəməxsus şəkildə Gömrük İttifaqını və Avropa
Birliyini birləşdirən körpü rolunu oynacaq. Və guya yalnız buna görə
Ankara Moskva ilə yaxınlaşmağa cəhd edir ki, bu ehtimalı
gücləndirsinlər.
Təbii ki, Avropa Birliyinin üzvlərindən heç birinin İrəvanda işlənən bu
planlardan xəbəri yoxdur. Bu bir daha göstərir ki, Ermənistan Qarabağ
probleminin həllini uzatmaq, hətta boğmaq üçün əlindən gələni edir.
Halbuki, son günlərdə qərb ölkələrinin yüksək ranqlı diplomatları və
Minsk qrupunun həmsədrləri “Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş
əraziləri azad edin” çağırışları ediblər. İrəvanda isə ümid edirlər ki,
Qarabağ problemi bütün ittifaqların diqqətindən kənarda qalacaq.
Çətin ki, buna nail olsunlar. Strateji müttəfiqinin iddiaları artıq
Rusiyanı da bezdirməyə başlayıb. Qazaxıstan artıq İrəvana az problem
yaratmayıb, Belarus da öz kəskin sözünü deməlidir, Ankaranın reaksiyası
isə hamıya məlumdur – Dağlıq Qarabağ Azərbaycana qaytarılmalıdır.
İşğal edilmiş Azərbaycan əraziləri Ermənistanın siyasi hakimiyyətin
əlində qalan tək amildir. Aydındır ki, işğal edilməş rayonlardan yalnız
biri belə Azərbaycana qaytarılarsa, qızmar payız belə gəlməmiş belə,
onları bütün dövlət vəzifələrindən qovarlar. Axı onlar həmişə erməni
xalqını aldadıblar və tarixdə heç zaman olmamış ikinci erməni dövlətinin
yaradılması naminə məhrumiyyətlərə dözsünlər.
İrəvandakı müdriklər isə bildirir ki, əgər erməni siyasətçilərinin
başına üçüncü erməni dövləti yaratmaq ideyası da girərsə, onda erməni
xalqının nəsli kəsiləcək. Bir vaxt mamontların başına gələn kimi, onlar
da təkamül nəticəsində həlak oldular. Xalq isə həmişə qabiliyyətsiz
siyasətçilər üzündən zərər çəkir.
Short URL: http://www.cumhuriyyet.net/?p=9911