Zorlandığı deyilən məmur qızı ilə bağlı açıqlama

21.07.2014 - 13:28

Ana 15 yaşlı qızının sevdiyi oğlanla ər-arvad kimi yaşamasını istəmir
 
Bakının Səbayel rayonunda baş verən zorlanma hadisəsi yalan çıxdı. Polis
ananın qızının zorlanması ilə bağlı şikayətini araşdırıb. Məlum olub
ki, burada söhbət zorlanmadan yox, ananın şəxsi maraqlarından gedir.

ANS PRESS-in məlumatına görə, Səbail Rayon Polis İdarəsindən milli.az-a
bildirilib ki, zorlandığı iddia olunan qız bölməyə dəvət olunub və ifadə
verib.

Qız bildirib ki, oğlanla bir-birini sevirlər və xeyli müddətdir başqa
mənzildə ər-arvad kimi yaşayırlar. Anası isə onların kənarda yaşamasını
istəmir və onun evinə qayıtmasını israr edir. Sevgililər isə sərbəst
yaşamaq istədiklərindən ananın evinə getmək istəmirlər. Ana da qızının
zorlanmasını deyərək kürəkənindən heyf çıxmaq istəyib.

Qeyd edək ki, 1974-cü il təvəllüdlü Atamoğlanova Turə (bütün ad və
soyadlar şərtidir) Səbayel Rayon Polis İdarəsi 8-ci polis bölməsinə
müraciət edərək onunla birgə yaşayan qızının cinsi zorakılığa məruz
qaldığını deyib.
Qadın qeyd edib ki, iyulun 17-də qızı, 15 yaşlı Səkinə evdə tək olarkən
Erkin adlı şəxs mənzilə soxulub. Həmin şəxs yeniyetmə qızı döyüb və
zorla onunla cinsi əlaqədə olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=9912

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31