Orxan Zeynalova 18 il iş istənilib

21.07.2014 - 13:42

Moskva sakini Yeqor Şerbakovu qətlə
yetirməkdə şübhəli bilinərək həbs olunan Azərbaycan vətəndaşı Orxan
Zeynalovun məhkəmə prosesi davam etdirilib.

Apa-nın Moskva müxbirinin verdiyi məlumata görə, Moskva Şəhər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

 

Prokuror Orxan Zeynalova 10 ilini ağır rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il iş istəyib.

 

Qeyd edək ki, ötən il oktyabrın 10-da Rusiya paytaxtının Qərbi
Birulyovo rayonunda 25 yaşlı Y. Şerbakovun qafqazlı tərəfindən qətlə
yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını
tələb edən yüzlərlə rus milliyyətçisi və “skinhedlər” Qərbi Birulyovo
rayonunda yerləşən “Biryuza” ticarət mərkəzi və “Pokrov” meyvə-tərəvəz
bazasına hücum edərək orada çalışan Qafqaz və Orta Asyadan olan
miqrantları döyüblər. Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri
yeridilib. “Skinhedlər” polislərə də müqavimət göstəriblər. Onlar
ticarət mərkəzində yerləşən mağazalara, ətrafdakı obyektlərə və
avtomobillərə ciddi zərər vurublar. İğtişaş nəticəsində xeyli sayda
miqrant və yerli sakin yaralanıb.

 

Y. Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı O.
Zeynalov oktyabrın 15-də Moskva ətrafındakı Kolomna şəhərində saxlanılıb
və vertolyotla Moskvaya aparılıb.

 

O, ilkin dindirmə zamanı qətli özünümüdafiə məqsədi ilə törətdiyini söyləyib. 

 

İstintaq orqanı tərəfindən O. Zeynalova qarşı Rusiya Federasiyası
Cinayət Məcəlləsinin 105.2 -ci maddəsi (Xuliqanlıq niyyəti ilə qəsdən
adam öldürmə) ilə ittiham irəli sürülüb. O. Zeynalovu 8 ildən 20 ilədək,
ya da ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

Short URL: http://www.cumhuriyyet.net/?p=9914

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31