Prezident 7 naziri istefaya göndərdi
Gürcüstanda 7 nazir istefaya göndərilib.
APA-nın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bunlar
mədəniyyət naziri Quram Odişariya, ətraf mühit və təbii ehtiyatlar
naziri Xatuna Qoqoladze, qaçqınlar və məcburi köçkünlərin işləri üzrə
nazir David Daraxvelidze, kənd təsərrüfatı naziri Şalva Pipiya, regional
inkişaf və infrastruktur naziri Elqudja Xokrişvili, cəzaların icrası və
probasiya naziri Sozar Subari, eləcə də diaspora məsələləri üzrə dövlət
naziri Konstantin Surquladzedir.
Baş nazir İrakli Qaribaşvili bildirib ki, S.Subari qaçqınlar və
məcburi köçkünlərin işləri üzrə nazir postunu tutacaq. E.Xokrişvili isə
ətraf mühit və təbii sərvətlər naziri vəzifəsinə təyin olunacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=9916