Bakının daha bir məşhur məktəbi yerlə yeksan edilir
Bakının məşhur məktəblərindən biri olan A.N.Ələkbərov adına Respublika İncəsənət Gimnaziyasının 2-c korpusu sökülməkdədir.
Milli.az xəbər verir ki, 20 saylı orta məktəbin söküntü işlərindən sonra növbə adıçəkilən məktəbə gəlib çatıb.
Bakının Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən Gimnaziya
məktəbinin ikinci korpusu iki hissəyə bölünmüşdü. Bir hissəsi məktəb,
digəri isə yataqxana kimi fəaliyyət göstərirdi.
Söküntü yerində olan iş icraçısının verdiyi məlumata görə, işlər 10
gündür başlanıb. Məktəbdə oxuyan şagirdlər baş korpusa koçürülüb və
bundan sonra orada oxuyacaqlar. Yataqxanada qalan məcburi köçkünlərə isə
mənzillərinin əvəzində pul və ya başqa yer təklif olunub.
Short URL: http://www.cumhuriyyet.net/?p=9917