Nazirliyin işçisi Kürdə batıb

21.07.2014 - 14:18

Müdafiə Sənayesi Nazirliyinin (MSN) əməkdaşı Kür çayında batıb.

Salyan Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə,
Nazirliyin Şirvan şəhərində yerləşən “Telemexanika” zavodunun baş
mühəndisi Heydərağa Mirzəyev iyulun 19-da Kür çayında çimərkən boğulub.
Qeyd edək ki, hadisə barədə Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb.
Məlumatda bildirilir ki, Salyan rayonu Parça Xələc kəndi ərazisində
1963-cü il təvəllüdlü H. Mirzəyev Kür çayında batıb. FHN-in
dalğıc-xilasediciləri H. Mirzəyevin cəsədini iyulun 20-də batdığı yerdən
2 km aralıda taparaq çıxarıblar.

Short URL: http://www.cumhuriyyet.net/?p=9920

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31