Prezidentlər də ağlayır…
İnsan emosiyalarına, duyğularına hakim kəsilə bilməyəndə sonsuz
kədərə, yaxud hədsiz sevincə qərq olmuş hisslərini göz yaşları ilə
biruzə verir. Bioloji baxımdan bu normal və təbii bir haldır.
Kimliyindən asılı olmayaraq hər bir insan hisslərin cilovlanmadığı bir
məqamda daxili təlatümlərindən ağlamaqla azad olur. O cümlədən siyasi
liderlər də göz yaşlarından xali deyil.
Modern.az saytı prezidentlərlə bağlı növbəti yazıda bu məqama toxunub.
Azərbaycan Prezidenti İlham Əliyev atası, mərhum dövlət xadimi Heydər Əliyevin dəfn mərasimində göz yaşlarına hakim kəsilə bilməyib.
Türkiyə prezidenti Abdulla Gül Yəməndə Türk
şəhidliyinin açılış mərasimində iştirak edərkən iki yəmənli qız “Yəmən
türküsü”nü oxuyan zaman göz yaşlarını saxlaya bilməyib.
Rusiya Federasiyasının prezidenti Vladimir Putin prezident seçkisindən sonra Manej Meydanında tərəfdarlarının keçirdiyi mitinqə qələbə və sevinc göz yaşları ilə qoşulub.
Amerika prezidenti Barak Obama seçkiqabağı kampaniyada çıxış edərkən bir gün əvvəl vəfat etmiş 86 yaşlı nənəsini xatırlayanda göz yaşlarını gizlədə bilməyib.
Belarus prezidenti Aleksandr Lukaşenko Venesuela
prezidenti Uqo Çavesin dəfn mərasimində 58 yaşlı siyasi həmkarının
vaxtsız ölümünə kədərləndiyini göz yaşları ilə əks etdirib.
Argentina prezidenti Kristina Fernandes de Kirşner növbəti seçki qələbəsini göz yaşları ilə qarşılayıb.
Almaniya kansleri Angela Merkel 2012-ci ildə
keçirilən futbol üzrə Avropa Çempionatının yarımfinal mərhələsində
azerkeşi olduğu milli komandanın İtaliya yığmasına 1:2 hesabı ilə məğlub
olmasına dözə bilməyib.
SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov həyat yoldaşı Raisa Qorbaçovanı son mənzilə göz yaşları ilə yola salıb.
Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç bu gün
təqdim olunduğu qədər də daş ürəkli deyil. Ukraynanın müstəqillik günü
münasibətilə keçirilən tədbirdə “Ukraynanı sevin” şeri səsləndirilərkən
Yanukoviç səmimi və ya qeyri-səmimi olsa da ağlayıb.
Amerika Birləşmiş Ştatlarının 43-cü prezidenti Corc Buşu göz yaşlarına qərq edən prezidentliyinin sonuncu günü olub.
Short URL: http://www.cumhuriyyet.net/?p=9921