Həsən Şirinov prezidentin tıxaca düşməsindən danışdı

21.07.2014 - 16:03

Bakı şəhər Baş Polis İdarəsinin rəisi müavini, general-mayor Həsən
Şirinov Prezident İlham Əliyevin Gürcüstanın Azərbaycandakı səfirliyində
keçmiş prezident Eduard Şevardnadzenin vəfatı ilə bağlı anım mərasiminə
gedən zaman yolda tıxacda qalması haqda bəzi mətbu orqanlarda yayılan
məlumatları təkzib edib.
H.Şirinov “Publika.az”a açıqlamasında
deyib ki, bu barədə yayılan məlumatlar doğru deyil: “Hamısı boş
şeylərdir. Ümumiyyətlə, belə hadisə olmayıb”.
Ötən həftə
Prezidentin kortejindən xaric edilməsi barədə yayılan məlumatlara da
toxunan H.Şirinov bildirib ki, hazırda hər şey normaldır:
“Əvvəlki kimi hazırda da işimin başındayam. Hər şey normaldır. Yazılanlara əhəmiyyət vermirəm”.
Xatırladaq
ki, Həsən Şirinovun sürücüsünün yol verdiyi səhv ucbatından Prezident
İlham Əliyevin təxminən 15-20 dəqiqə tıxacda qalması barədə məlumat
yayılıb. “Virtualaz.org”un xəbərinə görə, bu səhv general Şirinova baha
başa gəlib. Belə ki, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini,
general-mayor Həsən Şirinov ötən həftə Prezidentin kortejindən xaric
edilib. Bundan sonra Prezident İlham Əliyevin kortejini Bakı Şəhər Baş
Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərov müşayiət edəcəyi də
bildirilirdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=9923

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31