Ata 1 manata görə 14 yaşlı oğlunu öldürdü
Ata oğlunu niyə öldürdüyünü açıqlayıb
Azərbaycanda atası tərəfindən qətlə yetirilən uşaq lal-kar imiş.
Bu barədəAbşeron Rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumatda
bildirilir ki, Qobu qəsəbə sakini, 1974-cü il təvəllüdlü Eldəniz
Məmmədov yaşadığı evdə ailə münaqişəsi zəminində 14 yaşlı lal-kar oğlu
İbrahim Məmmədovu bıçaqla qətlə yetirib.
E. Məmmədov ilkin
ifadəsində oğlunu anasının cibindən ötən il 1 manat, oxuduğu məktəbdə
isə şagirdlərin bir neçə dəfə pulunu oğurladığına görə öldürdüyünü
bildirib.
E. Məmmədovun həyat yoldaşı isə izahatında
bildirib ki, əri spirtli içkidən mütəmadi istifadə edib və xeyli
miqdarda borcu olduğuna görə bu hadisəni törədib.
Hadisəni törədən E. Məmmədov tutulub.
Faktla bağlı araşdırma aparılır.
/APA/
Short URL: http://www.cumhuriyyet.net/?p=9926