Korpus komandiri qətldə ittiham olunur

21.07.2014 - 18:41

Hazırda Şəmkir korpusuna komandanlıq edən və
zamanında keçmiş müdafiə naziri Səfər Əbiyevlə ədavətdə olan Rövşən
Əkbərovla bağlı ilginc faktlar yayılıb. Bu barədə bizə göndərilən məlumatda korpus komandanı konkret olaraq qətldə
ittiham olunur.


Belə ki, komandanın adı
2001-ci ildə Kiyevdə qətlə yetirilmiş iş adamı Elçin Əliyevlə bağlı işdə
hallandırılır. Xatırladaq ki, zamanında belə bir iddianı mərhumun
yaxınları da səsləndirmişdilər.


Qeyd edək
ki, Elçin Əliyevin ölümündən 13 il keçməsinə baxmayaraq, heç kəs həbsə
alınmayıb. Mənbənin dia.az-a spylədikləri: “Elçin Əliyevin qatili o
zaman Kiyevdə hərbi akademiyada oxuyan, hazırda Şəmkir korpusunun
komandanı Rövşən Əkbərovdur. Ölümün motivi aydın deyil, amma mərhumla
R.Əkbərov arasında “söz-söhbət” olub, bunu onları tanıyanların hər biri
təsdiqləyər. Hətta bu faktı, yəni Elçin Əliyevin Rövşən Əkbərov
tərəfindən qətlə yetirilməsini o zaman Azərbaycanın Ukraynada müvəqqəti
işlər vəkili, indi Diaspor Komitəsinin sədri Nazim İbrahimov da bir dəfə
deyib.


Elçin Əliyev Kiyevdə iş adamı kimi fəaliyyət göstərib, daha çox
Azərbaycana qida məhsulları göndərib: “O zaman Kiyevin mərkəzində ofisi
olub, N.İbrahimovla yaxın dost olduğuna görə hətta biznes ofisini
səfirliyə verib, özü yeni ofis tutub”.


Bildirək
ki, Ukrayna Baş Prokurorluğunda bu iş 4 il araşdırılıb, Maraqlıdır ki,
mərhumun yaxınlarına Ukrayna Baş Prokurorluğunun keçən ilin may ayında
verdiyi cavabda R.Əkbərovun qətl ilə əlaqəli olması təsdiq edilir.


Amma
buna baxmayaraq 2005-ci ildən sonra iş Bakıya göndərilib, Hərbi
Prokurorluq işi araşdırıb və R.Əkbərovun qətllə əlaqəsi olmadığı
deyilib.


İddialarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq.

Short URL: http://www.cumhuriyyet.net/?p=9931

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31